Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.
Görüşdə, həmçinin Dövlət Agentliyi ilə Kolumbiyanın aidiyyəti dövlət qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası üzrə görülən işlər və planlaşdırılan layihələr müzakirə olunub.
Səfər çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları