“LinkedIn” biznes, peşəkarlar üçün yaradılmış bir platformadır. Bizim şəbəkədə bir dəqiqədə 5 milyon əməliyyat icra olunur.
Xeberler.az məlumat verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə “LinkedIn”ın ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy deyib.
İqtisadi imkanlar yaratmaq üçün şirkət tərəfindən sərmayə qoyulduğu deyən Seamus Clancy onların yaratdıqları kontentin yeni səriştələrlə bağlı olduğunu bildirib.
İnformasiyanın sosial media vasitəsilə paylaşıldığını, “LinkedIn”ın isə fərqli bir şəbəkə olduğunu bildirən natiq platformanın əlaqələr qurmağa və şəbəkələşməyə kömək etdiyini vurğulayaraq qeyd edib: "Biz platformada fərqli məzmun yerləşdiririk. Çalışırıq ki, kontent istifadəçilərə maraqlı olsun”.
Seamus Clancy, həmçinin diqqətə çatdırıb ki, süni zəka ilə bağlı çoxlu qeydlər aparır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları