Previous Next
Bağla

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025 12:00
İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təchizatçısı olaraq üzv olub. İİTKM bu platformada məzmun təchizatçısı statusunu əldə edən ilk dövlət qurumudur.

Xeberler.az bildirir ki, süni intellekt əsasında işləyən bu platforma istifadəçilərə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq, ən son tendensiyaları izləmək imkanı verir. Məlumatlar “transformation map” adlı interaktiv və dinamik məlumat vizuallaşdırması vasitəsilə təqdim olunur. Transformasiya xəritələri istifadəçilərə mövzular arasındakı əlaqələri dərinləşmiş şəkildə araşdırmağa və anlamağa kömək edir.

Platformada qlobal beyin mərkəzləri, dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat institutları məzmun təchizatçısı kimi çıxış edir.

Bu əməkdaşlıq İİTKM-nin ölkəmizin iqtisadi nailiyyətlərini, yerli və qlobal məsələlərlə bağlı ekspert rəylərini, eləcə də müxtəlif sahələrdəki aktual inkişafları daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradacaq.

Strateji zəka platforması həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirmək və qlobal miqyasda iqtisadiyyat, sənaye, enerji və digər mühüm sahələrdə ölkəmizin nailiyyətlərini tanıtmaq üçün əvəzsiz bir vasitə rolunu oynayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

4SİM ölkə universitetlərinin “Strategic Intelligence” platformasına çıxışına dəstək olacaq

23-09-2024

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

İİTKM-in şöbə müdiri “Manas Forumu 2024” çərçivəsində təqdimatlarla çıxış edib

18-10-2024

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə