Logitech şirkəti gücləndirici ilə quraşdırılmış inteqral mobil musiqi pleyeri təqdim edib.
Pleyeri ev şəbəkəsindən istifadə edərək işə saldıqdan sonra kompüterdə, internet-radiolarda, eləcə də Rhapsody, Last.FM, Slacker, Pandora və Sirius kimi abonent xidmətlərində olan istənilən musiqi kompozisiyalarını dinləmək olar. Squeezebox Boom pleyeri MP3, FLAC, WMA, WMA Lossless, AAC, Apple Lossless, WAV AIFF formatları ilə işləyir.
Squeezebox Boom-da 802.11g-lıq simsiz texnologiya və ikiləşmiş daxili antennalar istifadə olunur. Bundan əlavə, pleyeri Ethernet-port vasitəsilə ev şəbəkəsinə qoşmaq olar. Pleyer qeydiyyatdan sonra SqueezeNetwork şəbəkəsində olan minlərlə internet-radiolarına, musiqi fayllarına çıxış əldə edə bilər.
Pleyerdə ikiləşmiş, şifrəvi 30 Vt-lıq gücləndirici, 1,9 sm diametrli yumşaq diffuzorla iki VÇ-dinamika və yüksək işləmə amplitudası olan iki 7,6 sm diametrli NÇ-dinamika istifadə olunur. Gücləndirici ikikanallı güc sistemi ilə işləyir. Minimal səs-küylü və yanlışlıqlı səs almağa kömək edən audioprosessor da daxil olmaqla D dərəcəli gücləndirici və şifrəvi krossoverlə təchiz olunub. Heç kəsə mane olmadan musiqiyə qulaq asmaq üçün standart 3,5 mm ayırıcısı ilə olan qulaqcıqları taxmaq olar.
Pleyer zəngli saat kimi də işləyə bilər.
Displeyin altında yerləşdirilmiş 6 düymə musiqiləri, internet-radioları və ifa olunanlar siyahısını seçməyi və xatırlatmağı sadələşdirir.
Dəstə daxil olan pult distansiyon idarəetməyə imkan verir.
Logitech Squeezebox Boom mobil musiqi pleyerinin ABŞ və Avropada sentyabrda 280 avro dəyərində satışda olacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri