Previous Next
Bağla

"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

16-06-2022 20:58
"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Future Energy Company"nin ("Masdar") törəməsi “Source Trading Company” və Çinin “LONGi” şirkəti arasında 230 meqavatlıq (MVt) "Qaradağ" Günəş Elektrik Stansiyası üçün günəş fotovoltaik (PV) modullarının tədarükü ilə bağlı müqavilə imzalayıblar.

Xeberler.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, imzalanma mərasimində “LONGi” Qlobal Satış və Marketinq Mərkəzinin MEA&CA regionu üzrə prezidenti Tsya Çao, Yaxın Şərq üzrə satış direktoru Qonzalo Bonelo və Yeni biznes qrupunun rəhbəri Baggio Teng iştirak ediblər.

“LONGi" Azərbaycanı təkcə onun iddialı təmiz enerji yolunda dəstəkləmək üçün deyil, eyni zamanda Yaxın Şərqdə və digər regionlarda "Masdar" ilə əməkdaşlığı daha da gücləndirilməsi üçün imkanların araşdırılmasına ümüd edir”, - Tsya Çao deyib.

Qeyd edək ki, Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən layihə, ildə yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Ümumi istehsal 110 mindən çox evin tələbatını ödəməyə, atmosferə atılan tullantıları ildə 200 min tondan çox azaltmağa və dəyərli iş yerlərinin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, bu ilin mart ayında “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi. Həmçinin tədbirə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei qatılmışdı. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

02-05-2023

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

26-10-2023

İham Əliyev müstəqillik dövrünün ən böyük İES-nin təməlqoyma mərasimində iştirak edib

13-02-2023

Ən böyük üzən günəş elektrik stansiyası

20-06-2017

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018

Apple-dan Çinə böyük dəstək

18-04-2015

Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

04-06-2019

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019

Dünyada ilk üzən elektrik stansiyası yaradılır

14-11-2015

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023

BƏƏ-də günəş enerjisi ilə təmin edilən hotel açılacaq

06-05-2015

Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

22-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə