Previous Next
Bağla

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023 17:44
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

"NEQSOL Holdinq"ə daxil olan "Nobel Energy" şirkəti Naxçıvan şəhərində 400 MVt gücündə günəş elektrik stansiyasını inşa edəcək, hasil ediləcək elektrik enerjisi isə qismən Türkiyəyə ixrac olunacaq.

Xeberler.az-ın şirkətə istinadən verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Energetika Nazirliyi ilə "Nobel Energy" arasında Anlaşma Memorandumu imzalanıb.

Məlumata görə, bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisənin tərənnümüdür.

Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.

Bu memorandum iqtisadi böyüməni və davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş elektrik stansiyası təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə edəcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.

"Nobel Energy" şirkətinin baş icraçı direktoru Vüqar Səmədli imzalanma mərasimində qeyd edib ki, bu anlaşma transformasiya şirkətin strategiyasının əsas istiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəflərlə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərin təmin edilməsinin təzahürüdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

02-05-2023

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015

Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

04-06-2019

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

14-03-2023

"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

16-06-2022

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Çində Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının inşası müzakirə edilib

18-10-2023

Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi

23-02-2019

Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

22-12-2016

Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir

29-10-2015

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

09-06-2020

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

06-02-2024

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022

Ən böyük üzən günəş elektrik stansiyası

20-06-2017

Apple-dan Çinə böyük dəstək

18-04-2015

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə