Previous Next
Bağla

Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

21-10-2023 20:07
Regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” yaxın günlərdə istifadəyə veriləcək

Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək. 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır.

bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq.

“Həmçinin “Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir”, - nazir qeyd edib.

Pərviz Şahbazovun sözlərinə görə, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalandı. Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq.

“Həmçinin Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1,150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər”, - nazir əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024
Braziliyada günəş elektrostansiyası tikiləcək

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə veriləcək

02-05-2023
Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023
Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022
Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

Azərbaycanda yeni Günəş Elektrik stansiyaları inşa ediləcək

23-01-2023
"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

"Masdar" və Çin şirkəti arasında "Qaradağ" GES-lə bağlı müqavilə imzalanıb

16-06-2022
Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

Azərbaycan "ACWA Power" ilə birgə əməkdaşlığə müzakirə edib

07-01-2026
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
Süni ağaclar elektrik enerjisi istehsal edir

Süni ağaclar elektrik enerjisi istehsal edir

14-10-2016
Ən böyük üzən günəş elektrik stansiyası

Ən böyük üzən günəş elektrik stansiyası

20-06-2017
Dünyada ilk üzən elektrik stansiyası yaradılır

Dünyada ilk üzən elektrik stansiyası yaradılır

14-11-2015
Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

Prezident: "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"

03-02-2023
Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

04-06-2019
Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018
Bakıda Böyükşor gölü üzərində üzən günəş panelləri quraşdırılacaq

Bakıda Böyükşor gölü üzərində üzən günəş panelləri quraşdırılacaq

03-04-2023
Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

Azərbaycanda günəş elektrik enerjisinin istehsalı 6 % artıb

15-05-2023
Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015
Okeanda üzən ilk günəş enerjisi stansiyası

Okeanda üzən ilk günəş enerjisi stansiyası

17-02-2018
Çində Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının inşası müzakirə edilib

Çində Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının inşası müzakirə edilib

18-10-2023
Qazaxıstan Çinin iştirakı ilə 100 MVt gücündə məlumat mərkəzi tikəcək

Qazaxıstan Çinin iştirakı ilə 100 MVt gücündə məlumat mərkəzi tikəcək

03-09-2025
Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023
Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə