Mask “X”-də yaranan nasazlığa görə öz şirkətlərinə fokuslanacaq

25-05-2025 / 11:29

Amerikalı sahibkar İlın Mask, ona məxsus “X” sosial şəbəkəsində baş vermiş genişmiqyaslı nasazlıqdan sonra şirkətlərinə daha çox diqqət yetirməyi planlaşdırdığını açıqlayıb.

Xeberler.az bildirir ki, Mask bu haqda öz “X” hesabında məlumat verib.

“Mən, 24/7 rejimində işləməyə, konfrans zallarında, server otaqlarında və sexlərdə yatmağa qayıdıram. Mən “X”-ə, süni intellekt startapı olan “xAI”-ya, avtomobil istehsalı şirkəti Tesla-ya, həmçinin gələn həftə planlaşdırılan “Starship” raketinin buraxılışına çox diqqət yetirməliyəm. Çünki biz kritik önəmli texnologiyalar tətbiq edirik. Bu həftə “X” platformasında baş verən nasazlıqlar əməliyyatlarda yaxşılaşdırmanın zəruriliyini göstərdi,” – o bildirib.

Qeyd edək ki, şənbə günü ABŞ-da təxminən 25,8 min istifadəçi “X” platformasında problemlər olduğunu bildirib. Nasazlıqlar həmçinin Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də qeydə alınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə