Maykl Ceksonun ölüm xəbəri interneti çökdürdü

29-06-2009 / 13:22

Tanınmış pop ulduz Maykl Ceksonun ölümü internetin yüklənməsinə səbəb olub. TMZ.com maqazin saytının ulduzun xəstəxanaya aparılması ilə bağlı yaydığı xəbər Twitterdə tez bir zamanda sürətlə yayılıb.

Üç dəqiqə ərzində Jacksonun vəziyyəti ilə əlaqədar 10 milyon mesaj yazılıb. Bununla əlaqədar Twitterdə problem yaranıb.

TMZ-ə daxil ola bilməyən istifadəçilər bu səfər  Hollywoodun ən məşhur maqazin saytlarından biri olan Paris Hiltonun saytına üz tutublar. Lakin çoxsaylı yüklənmə nəticəsində bu sayt da öz fəaliyyətini müəyyən vaxta qədər dondurur.

Wikipediada da pop ulduzun ölümü ilə əlaqədar internet istifadəçilərinin sıx daxil olması səbəbilə problem yaşanıb. İnternet trafikinin yüklənməsi sayta girişi çətinləşdirib.

Hadisələrdən məlum olur ki, dünya internet trafiki heç də sağlam deyil. Serverlər birdən-birə istifadəçi kütləsinə hələ də tab gətirə bilmir. Bu da problem olaraq qalır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə