Previous Next
Bağla

Məmurlarla iş adamları bir arada

03-02-2020 20:47
Məmurlarla iş adamları bir arada

Fevralın 3-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində panel iclaslar keçirilib.

Xeberler.az bildirir ki, iqtisadiyyat panelində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, bir sıra rayonların icra hakimiyyəti başçıları və sahibkarlar iştirak ediblər.

Panel iclasında ölkədə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlıq, vergi, gömrük, rəqabətin qorunması, məşğulluq və sosial müdafiə sahələrində görülmüş işlər barədə məlumat verilib. Qarşılıqlı müzakirə şəraitində keçən iclasda sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi, kiçik və orta biznesin güzəştli kredit resurslarından istifadə imkanlarının genişləndirilməsi, özəlləşdirmə, ixrac, lisenziyalaşdırma, idxalda vergi və gömrük güzəştlərinin tətbiqi və sair sahələrdə təklifləri, həmçinin qarşılaşdıqları məsələlər barədə müraciətləri dinlənilib.

Kənd təsərrüfatı üzrə panel iclasında aqrar sektorda istehsal və suvarma sistemlərində mütərəqqi texnologiyaların tətbiqi, iqlim dəyişkənliyinin istehsala təsiri, ekoloji təmiz məhsul istehsalının genişləndirilməsində sahibkarlığın rolu, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi, təkrar əkinin subsidiyalaşdırılması, aqrar sektorda sertifikatlaşdırma və sair mövzularda müzakirələr aparılıb. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov aidiyyəti sahələr üzrə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildiriblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən infrastruktur üzrə panel iclasında 2019-cu ildə bu sahədə görülən işlər və icra olunan layihələr barədə məlumat verilib. İclasda sahibkarlar infrastruktur sahəsində layihələrdə və xidmətlərin göstərilməsində iştirakının genişləndirilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Maliyyə-bank panel iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov, İpoteka və Kredit Zəmanət Fondunun idarə heyətinin sədri Fəxri Kazımov, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayev, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri vəzifəsinin icraçısı Samir Hümbətov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, bankların nümayəndələri və iş adamları iştirak ediblər. Panel iclasında sahibkarlar əsasən maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlərdən istifadədə girov mexanizminin təkmilləşdirilməsi, borcların restrukturizasiyası, ixracda daha əlverişli valyuta rejiminin tətbiqi, ilkin emal avadanlıqlarına görə güzəştlərin verilməsi, likvidlik və əmlakın qiymətləndirilməsi və sair məsələlərə toxunublar.

Panel iclaslarında sahibkarların təklifləri müzakirə edilib, sualları cavablandırılıb. Biznes nümayəndələrinin qaldırdığı bir sıra məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib, səsləndirilən təkliflərin araşdırılacağı və müvafiq tədbirlər görüləcəyi bildirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023

COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi

19-01-2024

İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

10-03-2026

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

İş adamları arasında mövcud əlaqələr müzakirə olunub

19-07-2023

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018

Rəqəmsallaşmayan dövlət xidmətləri ilə bağlı müvafiq tapşırıqlar verilib

24-06-2025

“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub

23-10-2024

Kosmik Məsələlər üzrə Şuranın tərkibi təsdiqlənib

24-09-2020

Azərbaycanın yeni hökumətinə bu nazirlər və komitə sədrləri təyin olunub-Siyahı

23-04-2018

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022

Yeni nazir əsas fəaliyyət prinsiplərini açıqlayıb

23-04-2018

“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib

20-04-2022

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə