Previous Next
Bağla

Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

20-12-2022 15:04
Gömrüklə bağlı sahibkarların qarşılaşdığı problemlər müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

Xeberler.az bildirir ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirə olduğunu, ümumilikdə 2022-ci il ərzində şura tərəfindən 8 ictimai müzakirənin keçirildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ildə də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə belə tədirlərin keçirilməsi davam etdiriləcəkdir. 

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində bu kimi ictimai müzakirələrin əhəmiyyətini vurğulayaraq gömrük sistemində aparılan işlər barədə danışıb, sahibkarların gömrüklə bağlı yaranan məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gömrük prosedurları ilə bağlı sahibkarların məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə Agentlik tərəfindən müxtəlif platformalar üzərindən mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Vurğulanıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin və sahibkarların iştirakı ilə 2022-ci ildə 6 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib ki, bu tədbirlərdə 200-ə yaxın sahibkar iştirak edib. Orxan Məmmədov gömrük prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı sahibkarlardan daxil olmuş təkliflər və gözləntilər barədə də məlumat verib.  

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Xızıda KOB dostu fəaliyyətə başlayıb

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022
Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023
Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019
Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

Bakıda yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə başlayıb

16-06-2022
KOBİA-nın sədri sahibkarlarla görüşüb

KOBİA-nın sədri sahibkarlarla görüşüb

14-08-2023
Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017
Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023
Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib   

Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilib  

22-02-2023
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023
Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019
Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

Biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

27-04-2022
E-KOB evi portalı test rejimində istifadəyə verilib

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024
Onlayn təlimə 300-dən çox sahibkar qoşulub

Onlayn təlimə 300-dən çox sahibkar qoşulub

01-03-2019
Azərbaycanda "E-KOB Evi" yaradılır

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024
Azərbaycanda reklam televiziyası yaradılacaq

Azərbaycanda reklam televiziyası yaradılacaq

19-10-2021
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023
KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

22-10-2025
Bakıda sahibkarlar üçün növbəti onlayn təlim keçirilib

Bakıda sahibkarlar üçün növbəti onlayn təlim keçirilib

28-02-2019
KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

04-12-2018
KOBİA 5 illik yubileyini qeyd edib

KOBİA 5 illik yubileyini qeyd edib

28-12-2022
“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025
KOBİA və Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

KOBİA və Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

17-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə