Previous Next
Bağla

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023 16:14
Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

Fevralın 13-də ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.

Xeberler.az məlumat verir ki, forumda hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların, biznes assosiasiyalarının, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.

Tədbir Azərbaycan və İsrail iş adamları arasında təhsil və kənd təsərrüfatı sahələrində tətbiq olunan texnologiyalar və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək forumun məqsədi, Azərbaycan-İsrail əlaqələri, iş adamları arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanlar barədə fikirlərini bölüşüblər.

Forum ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat-Negev” Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil və elm sahələrində son illərdə tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə Azərbaycan-İsrail əməkdaşlığı və bu sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalarla bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, innovasiyaların məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasında rolu, aqrar startapçıların innovativ ideyalarının reallaşması və s. məsələlər müzakirə edilib.

Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

İş adamları arasında mövcud əlaqələr müzakirə olunub

19-07-2023

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Dohada Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib

21-10-2024

Vergilər Nazirliyində görüş keçirilib

05-07-2018

Məmurlarla iş adamları bir arada

03-02-2020

Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək

28-04-2026

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025

KOBİA Avstraliyada çalışan Azərbaycan iş adamlarına dəstək olmağa hazırdır

23-09-2023

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025

Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

29-06-2009

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə