Rusiyanın ikinci ən iri mobil rabitə operatoru “Meqafon” uzaq rabitə, eləcə də genişzolaqlı internet bazarında mövqelərinin möhkəmləndirilməsi məqsədilə “Sinterra” magistral operatorunun alınmasına dair razılaşma əldə edib. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məbləği 745 milyon dolları təşkil edən müvafiq razılaşmanın şərtlərinə əsasən, “Meqafon” “Sinterra”nın mövcud borclarının ödənilməsini öhdəsinə götürəcək.
‘Sinterra”nın magistral kanallarının istifadəsi “Meqafon”a 3G şəbəkələrində təqdim olunan xidmətlərin keyfiyyətini, eləcə də verilənlərin ötürülmə sürətini artırmaq imkanı verəcək. Hazırda “Sinterra”nın Rusiyanın 40 regionunda yerli telefon rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, verilənlərin ötürülməsi, telematik, eləcə də bütün ölkə ərazisi boyu rabitə kanallarının istifadəsinə dair xidmətlərin təqdim olunması üçün tələb olunan lisenziyaları var.
Xatırladaq ki, “Sinterra” Azərbaycan-Rusiya birgə “C-Ring Telecom” şirkətinin təsisçisidir. Müvafiq sənədlərə əsasən, Azərbaycanın “Azərtelekom” rabitə operatoru və “Sinterra” şirkəti müvafiq olaraq Azərbaycan və Rusiya ərazilərində layihələrinin həyata keçirilməsi çərçivəsində onların birləşdirilmiş infrastrukturundan istifadə edən birgə müəssisənin nizamnamə kapitalının 50 faizinə sahiblik edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri