Previous Next
Bağla

HP NASA-nın 10 il müddətinə əsas İT-podratçısı olub

09-03-2011 13:44
HP NASA-nın 10 il müddətinə əsas İT-podratçısı olub
Xeberler.az portalının Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Hewlett Packard şirkəti Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsinə (National Aeronautics and Space Administration - NASA) hesablama texnikası, proqram təminatı və İT-xidmətlərin təchizatına dair 2,5 milyard ABŞ dolları məbləğində dövlət tenderinin qalibi olub. Dünyanın ən iri personal kompüter, server və printer istehsalçısı olan HP İT-xidmətlər sahəsində IBM korporasiyasından geridədir. NASA ilə əldə olunmuş razılaşma şirkətə bu seqmentdəki mövqelərini möhkəmləndirməyə kömək edəcək. 10 il müddətinə imzalanmış saziş çərçivəsində HP NASA-ya personal kompüter, standart proqram təminatı, periferiya avadanlığı və digər müvafiq məhsullar təqdim edəcək. Şəbəkə avadanlığı və serverlər təchizatı isə müqavilədə nəzərdə tutulmayıb. Qeyd edək ki, hazırda NASA Lockheed Martin şirkətinin İT-podratçı xidmətlərindən istifadə edir. NASA tərəfindən Lockheed-in xidmətlərindən imtina edilməsinin səbəbi açıqlanmır. Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında yeni İT-platformanın tətbiq edilməsinə dair növbəti gecikmədən sonra sözügedən şirkətin təqdim etdiyi xidmətlərdən ABŞ Federal Tədqiqatlar Bürosu da imtina edib. Xatırladaq ki, bu gün HP və NASA artıq arasında müəyyən əməkdaşlıq mövcuddur. 2007-ci ildə HP stolüstü kompüter, printer və server təchizatına dair NASA-nın 5,6 milyard dollar dəyərində olan tenderinin qalibi olmuşdur.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABŞ NASA-ya 19 milyard büdcə ayırır

13-03-2017

ABŞ-ın nəqliyyat naziri NASA rəhbəri vəzifəsini icra edəcək

10-07-2025

NASA Çin vətəndaşlarına agentlik proqramlarında iştirakı qadağan edib

11-09-2025

NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır

10-07-2025

NASA Günəşdəki partlayışın şəklini çəkib

25-08-2015

NASA astronavtları Aya göndərir

03-03-2023

NASA-nın xərcləri azaldılacaq

03-04-2026

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023

NASA 2012-ci ildə “qiyamətin baş verəcəyini” iddia edənlərə qarşı kampaniyaya başlayıb

10-11-2009

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

NASA-nın elm büdcəsi kəskin dərəcədə azaldıla bilər

15-04-2025

İxtisarlar NASA-nın proqramlarına mənfi təsir edəcək

31-07-2025

NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025

Tramp: Mask dostunu NASA-nın rəhbəri təyin etməyi xahiş edib

07-07-2025

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq

09-01-2026

NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

Beynəlxalq Kosmik Stansiyaya gedən kosmonavtların sayı azaldılıb

01-09-2024

NASA elmi araşdırmalarını açıq paylaşdı-Video

04-03-2017

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

NASA-dan azərbaycanlı gənclə bağlı rəsmi açıqlama

01-11-2016

Tramp NASA-ya rəhbərlik üçün Ayzekmanın namizədliyini irəli sürüb

05-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə