Previous Next
Bağla

Mətbuat Şurasından min İP tələbi

19-02-2015 14:56
Mətbuat Şurasından min İP tələbi

“Mətbuat Şurasına üzvlük qaydaları ilə bağlı İdarə Heyətində müzakirələr keçirilib. Sənəd əsas kimi qəbul edilib. Sadəcə, orada bəzi əlavə və dəyişikliklərin aparılmasının vacibliyi də vurğulandı və hazırda mövcud istiqamətdə iş aparılmaqdadır”. 

Bunu müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, bildirib ki, şuraya üzv olmağın əsas tələbi Azərbaycanda hüquqi şəxs və vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçmək, azı 2 il fəaliyyət göstərmək və əməkdaşlarının sayı 3 nəfərdən az olmamaqdır: “Eyni zamanda, üzvlük üçün müraciət edən media qurumu barədə son 1 il müddətində Şuraya haqlı şikayət məktubu da ünvanlanmamalıdır. Məhdudiyyətlərə gəlincə, peşə prinsiplərinin pozulmasına dair barələrində Şuranın qərarı olan media qurumları həmin qərarın qəbul edildiyi gündən sonrakı 1 ildən tez üzvlük üçün müraciət edə bilməzlər. Həmçinin, adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş “qara siyahı”sında yer alan media qurumlarının müraciətinə də baxılmayacaq. Fəaliyyət mütəmadiliyi davamlı şəkildə pozulan media qurumlarının üzvlüyünə yol verilməyəcək. Məsələn, deyək ki, hansısa qəzet həftəlik nəşr olaraq qeydiyyatdan keçibsə, ancaq aylarla fəaliyyət göstərmirsə, Şuraya üzv ola bilməz. Əslində, buna qədər də qeyd etdiyimiz məhdudiyyətlər tətbiq edilirdi. Sadəcə, indi məsələ bir qədər də təkmilləşdirilib. Konkret olaraq göstərilib ki, tirajı 1000-dən aşağı olan qəzetlərin, 500-dən aşağı olan jurnalların Şuraya üzvlüyü yolverilməzdir.

Qeyd edim ki, son zamanlar Mətbuat Şurasına üzv olmaq istəyən internet media vasitələrinin sayı artıb. Qaydalardakı məhdudiyyətlərin önəmli qismi məhz onlarla bağlıdır. Materiallarının beynəlxalq sayğac sistemlərinə əsasən bir günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri və onlayn informasiya portalları üzvlük üçün müraciət edə bilməzlər”.(Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Reket qəzetlərlə bağlı məsələyə baxılacaq

21-10-2009

3 qəzet, 1 sayta xəbərdarlıq edildi

18-12-2010

Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri Mətbuat Şurasında olublar

23-09-2009

Audiovizual Şuraya 200-ə yaxın şikayət daxil olub

26-12-2022

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010

Əflatun Amaşov: “Fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv olunsun”

03-09-2009

Mətbuat Şurası fəaliyyət göstərməyən qəzetlərin bağlanmasını istəyir

08-06-2009

Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb

21-07-2009

Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını təklif edib

07-12-2016

İTV Yayım Şurasına yeni üzvlər seçiliblər

02-05-2023

Xeberler.az İKT portalı Mətbuat Şurası üzvlüyünə qəbul edilib

21-10-2015

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılacaq

11-10-2010

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

Azərbaycanın Mətbuat Şurası reket qəzetlərin yeni siyahısını açıqlayıb

23-10-2009

Yaxın günlərdə “reket” nəşrlərin siyahısına əlavələr olacaq

30-06-2009

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015

Azərbaycanın Mətbuat Şurası ATƏT və Avropa Şurası ilə əməkdaşlığı genişləndirəcək

08-10-2009

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını hazırlayır

27-08-2009

“İnternet media üçün məsuliyyət yükü yoxdur”

16-06-2016

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009

Seçkilər günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq

29-10-2015

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021

Mətbuat Şurası bu ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb

05-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə