Previous Next
Bağla

Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət etdi

20-07-2016 00:53
Mətbuat Şurası Azərbaycan jurnalistlərinə müraciət etdi

 Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb.

Xeberler.az bildirir ki, müraciətdə deyilir:

"Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur.

Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir.

Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq, ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır."

Müraciətdə vurğulanır ki, Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir: "Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiətəsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır."

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ANS televiziyasının yayımı dayandırılıb

ANS televiziyasının yayımı dayandırılıb

18-07-2016
Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015
Mətbuat Şurası :“Bu video-görüntüləri yaymayın”

Mətbuat Şurası :“Bu video-görüntüləri yaymayın”

28-02-2017
MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

27-01-2026
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

13-09-2022
"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

05-04-2023
Mətbuat Şurası: "Deutsche Welle"nin ermənipərəst mövqeyi yolverilməzdir

Mətbuat Şurası: "Deutsche Welle"nin ermənipərəst mövqeyi yolverilməzdir

31-03-2025
Azərbaycan və Türkiyə informasiya mübadiləsinin gücləndirilməsini müzakirə edib

Azərbaycan və Türkiyə informasiya mübadiləsinin gücləndirilməsini müzakirə edib

17-06-2025
Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

02-12-2020
İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03-04-2023
«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009
Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparılır

Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparılır

07-03-2026
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

13-09-2019
Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

Mətbuat Şurası tələbələr üçün təlim kursları keçir

02-12-2009
MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

MŞ sədri Haraştinin Azərbaycanda medianın vəziyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib

11-09-2009
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

15-09-2022
Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır

23-09-2010
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022
Türkiyə terrora görə sosial şəbəkələri nəzarətə götürdü

Türkiyə terrora görə sosial şəbəkələri nəzarətə götürdü

29-06-2016
Mətbuat Şurası mətbuatın monitorinqini aparacaq

Mətbuat Şurası mətbuatın monitorinqini aparacaq

13-02-2009
MŞ: Teleaparıcıların ümumi normaları pozması halları artıb

MŞ: Teleaparıcıların ümumi normaları pozması halları artıb

02-04-2025
Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı

Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı

08-02-2023
Bu gün Müstəqilliyin Bərpası Günüdür

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

06-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə