Micro-Star International –ın təqdimatında GeForce 9400 GT –nin yeni versiyaları

28-08-2008 / 14:05
 NVIDIA-nın digər həmkarları kimi Micro-Star International (MSI) şirkəti GeForce 9400 GT qrafik adapterinin elanından sonra öz yenilikləri barədə xəbər verməyə tələsdi.
Istehsalçı etalon nümunədən çox fərqli dörd model təqdim etdi. Hər sürətləndirici qeyri-standart qırmızı rəngdə, G96 çipində, 16 potoklu prosessorlarla təchiz olunub, PCI Express 2.0 х16 şinindən istifadə edir. DirectX 10-la birgə fəaliyyət göstərir və NVIDIA PureVideo HD Technology, NVIDIA PhysX Technology, NVIDIA CUDA Technology ilə əməkdaşlıq edir. Arxa paneldə D-Sub, DVI və HDMI, həmçinin DDR2 yaddaşlı, 128 bitlik interfeyslə, həcmi MSI N9400GT-MD256 / MSI N9400GT-MD256H –da 256 Mb, MSI N9400GT-MD512 / MSI N9400GT-MD512H –da isə 512 Mb-dır.
Tezliyinə gəldikdə isə, bütün yeni modellərdə olduğu kimi 550/800 MHs-dir.
Qiyməti barədə hələ heç bir söz deyilməsə də, NVIDIA şirkəti tərəfindən GeForce 9400 GT nümunəsi üçün  müəyyən olunan qiymətin 60 $ olması bəllidir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.