HP yeni HDX16 və HDX18 noutbukları buraxır

17-09-2008 / 15:17
Hewlett-Packard şirkəti alışılmamış diaqonalda olan, 16 və 18 düymlük displeyli iki noutbuk buraxmağa hazırlaşır. HDX16 modeli 1366 х 768 pikselə imkanı olan displeylə təchiz olunub. Bu noutbukda Core 2 Duo P8400 prosessoru, NVIDIA GeForce 9600 GT qrafik sürətləndiricisi, 4 Gb-a qədər DDR2 yaddaşı, 320 Gb həcmə qədr sərt disk, çoxformatlı DVD-ötürücü, Wi-Fi, Bluetooth modulu tətbiq olunub.
HDX18 modelinin texniki xarakteristikası, yalnız iki 250 Gb-lıq sərt disk və Blu-ray ötürücüsü istisna olmaqla, birinci modellə eynidir. Bundan əlavə, 18 düymlük displey çox yuxarı göstəricidir və 1920 х 1080 ölçülü pikselə imkan verir.
Hər iki model Altec Lansing akustik sistemi, ExpressCard interfeysi, dörd USB 2.0, FireWire və
HDMI portlarına malikdir.
Bu ayın sonunda satışa çıxarılacağı planlaşdırılan modellərin qiymətləri 1249 və 1549 dollardır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə