Micro-Star International –ın təqdimatında GeForce 9400 GT –nin yeni versiyaları
NVIDIA-nın digər həmkarları kimi Micro-Star International (MSI) şirkəti GeForce 9400 GT qrafik adapterinin elanından sonra öz yenilikləri barədə xəbər verməyə tələsdi.
Istehsalçı etalon nümunədən çox fərqli dörd model təqdim etdi. Hər sürətləndirici qeyri-standart qırmızı rəngdə, G96 çipində, 16 potoklu prosessorlarla təchiz olunub, PCI Express 2.0 х16 şinindən istifadə edir. DirectX 10-la birgə fəaliyyət göstərir və NVIDIA PureVideo HD Technology, NVIDIA PhysX Technology, NVIDIA CUDA Technology ilə əməkdaşlıq edir. Arxa paneldə D-Sub, DVI və HDMI, həmçinin DDR2 yaddaşlı, 128 bitlik interfeyslə, həcmi MSI N9400GT-MD256 / MSI N9400GT-MD256H –da 256 Mb, MSI N9400GT-MD512 / MSI N9400GT-MD512H –da isə 512 Mb-dır.
Tezliyinə gəldikdə isə, bütün yeni modellərdə olduğu kimi 550/800 MHs-dir.
Qiyməti barədə hələ heç bir söz deyilməsə də, NVIDIA şirkəti tərəfindən GeForce 9400 GT nümunəsi üçün müəyyən olunan qiymətin 60 $ olması bəllidir.