Previous Next
Bağla

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

23-11-2015 20:01
“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

Təhsil Nazirliyi, Microsoft  Azerbaijan şirkəti, Yüksək Texnologiyalar Parkı və Nar Mobile rabitə operatoru Microsoft Imagine Cup innovasiya müsabiqəsinin milli seçim turuna start verib.

Xeberler.az bildirir ki, Microsoft Imagine Cup dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar İnnovasiya, Dünya vətəndaşlığı və Oyunlar kateqoriyaları üzrə iştirak edə bilər. Müsabiqədə iştirak üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.

Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək. Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda – gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən Microsoft Imagine Cup 2015 müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət NoObs komandası İnnovasiyalar kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsi uğur gətirib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015

Microsoft Imagine Cup- 2017 müsabiqəsi başladı

21-11-2016

ABŞ-da qalib olmuş layihəmiz məhsullarının istehsalına başlayır

07-12-2015

Nar beynəlxalq innovasiya müsabiqəsinin tərəfdaşıdır

16-01-2016

Azərbaycanlılar “Microsoft Imagine Cup 2015” də ikinci yerə çıxdı

31-07-2015

“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

Azərbaycan startapı xarici mentorlarla işləyəcək

04-11-2016

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017

Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

Nar Imagine Cup müsabiqəsinə dəstək verir

26-02-2018

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Komandamız Kiyevdə İT müsabiqəsində 2-ci oldu

25-05-2017

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

“NoObs” komandasının üzvləri fəxri fərmanla təltif edilib

05-08-2015

Nar Imagine Cup müsabiqəsinə dəstək olub

16-05-2018

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə