Previous Next
Bağla

Microsoft Windows 7əməliyyat sisteminin dəstəklənməsini dayandırır

03-05-2019 10:49
Microsoft Windows 7əməliyyat sisteminin dəstəklənməsini dayandırır

10 illik fəaliyyətdən sonra “Windows 7” sisteminin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq.

Xeberler.az bildirir ki, buna səbəb isə “Microsoft”un 2009-cu ilin 22 oktyabr tarixində “Windows 7” işə salınarkən şirkətin üzərinə götürdüyü 10 illik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır. İstifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar.

Bununla belə, “Windows 7” fəaliyyətini davam etdirəcək, amma istifadəçilər “Microsoft”dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompyuterlər viruslara qarşı həssas olacaq. Həmçinin, “Microsoft” “Windows 7”-ə texniki dəstək göstərməyəcək. Bu keçidi rahatlaşdırmaq üçün “Microsoft FastTrack”in təklif etdiyi “Desktop App Assure” xidməti aktivləşdirilir. Bu xidmət “Windows 10” və “Office 365ProPlus” ilə bağlı yarana biləcək istənilən problemi aradan qaldırır. Bundan başqa, “Microsoft” SQL Server 2008 və Windows Server 2008 məhsullarını dəstəkləməyi müvafiq olaraq 2019-cu ilin 9 iyul və 2020-ci ilin 14 yanvar tarixindən dayandırır.

Qeyd edək ki, “Windows Server 2008” 2010-ci ilin 14 yanvar tarixindən fəaliyyətini saxladığı halda, SQL Server 2008 bunu 2019-cu ilin 9 iyul tarixində edəcək. “Windows Server 2008/2008 R2” və “SQL Server 2008/2008 R2”in fəaliyyət vaxtının bitməsi müştəriləri kibertəhlükələr ilə üz-üzə qoyur. Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir. Bu dəyişiklilərlə bağlı “Microsoft” “Windows 10” üçün bələdçi rolunu oynayacaq “IoT”u təklif edir. Bu xidmət 2028-ci ilə qədər aktiv olacaq və bu illər ərzində “Windows 10”da çalışmaq üçün dəstək funksiyasını yerinə yetirəcək.

Bundan başqa, “Microsoft” tərəfdaşlarla əməkdaşlıq çərçivəsində müştərilərə SAM (Software Asset Management) xidmətini təqdim edir. Müştərilər infrastrukturun optimallaşdırılması, kibertəhlükəsizlik və “bulud” məhsuldarlığının ölçülməsi üçün bu xidmətdən istifadə edərək, proqram təminatına lazımsız xərclərin qarşısını alır, həmçinin məhsulların köhnəlmiş versiyalarından istifadə riskindən azad olurlar. Qeyd edək ki, “Windows 10”-un ödənişsiz istifadə müddəti 2016-cı ilin 29 iyul tarixində bitib. Bundan sonra yeni proqram təminatını yalnız ödənişli əsaslarla əldə etmək mümkün olcacaq. “Windows 10” proqram təminatının qiyməti son 10 ildə proqram təminatları üçün tələb olunan rəqəmdən kifayət qədər aşağı olacaq.

Eyni zamanada, “Windows 7”-dən “Windows 10”-a keçid barədə ətraflı məlumat əldə etmək üçün bildirişlərdəki “Daha ətraflı” düyməsini basa, həmçinin www.microsoft.com/windows7  saytını ziyarət edə bilərsiniz. Saytın anlaşılan məzmunu şəkil və sənədlərin yeni proqram təminatına köçürülməsini asanlaşdırır. Həmçinin, sayt vasitəsilə siz yeni qurğuların seçilməsi, həmçinin, “Windows” və “Office” proqramlarının yeni versiyalarının necə çalışması haqqında dolğun məlumat əldə edə bilərsiniz. Yeni qurğuda işə başlayarkən onlayn dəstək bir toxunuşla sizə əlçatan olacaq. Həmçinin, cihazınızı haradan əldə etməyinizdən asılı olmayaraq, şirkətə məxsus istənilən mağazaya yaxınlaşıb, texniki problemi aradan qaldıra bilərsiniz.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft yeni Windows HPC Server 2008 sistemi təqdim edir

23-09-2008

Windows 7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılıb

14-01-2020

“Microsoft Office 2016 ”dan necə istifadə etmək olar?

23-09-2015

Windows 7-ni nə qədər gözləyəcəyik?

06-04-2009

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015

Windows 7-nin satış tarixi bəlli oldu

04-06-2009

Microsoft rəsmən Windows Server 2016-nı təqdim edib

17-10-2016

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

“Microsoft” Brüsseldə Şəffaflıq Mərkəzi açıb

08-06-2015

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows 7 və XP-də olan klassik oyunlar ləğv edilir

11-07-2019

Microsoft şirkəti Windows Vista-nın nüfuzu üçün 300 milyon dollar xərcləyəcək

08-09-2008

Windows Mobile 6.5 buraxılacaq

08-11-2008

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft Windows Mobile proqramları üçün mağaza açacaq

02-09-2008

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Təhlükəsizliyinin zəifliyinə görə “Windows XP”-yə tələbat azalır

05-11-2013

Windows XP azı 2010-cu ilə qədər yaşayacaq

19-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə