Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən investorların rahatlığının təmin edilməsi məqsədi ilə “Elektron xidmətlər” sistemi istifadəyə verilib.
Xeberler.az bildirir ki, yeni sistem müasir dövrün tələblərinə cavab verməklə real vaxt rejimində çalışan proqram təminatıdır.
"Sistemə daxil olmaq üçün istifadəçi “ASAN İmza”ya malik olmalıdır. “ASAN İmza” vasitəsilə hər bir istifadəçi depo hesabı səhifəsinə daxil olaraq mülkiyyətçisi olduğu qiymətli kağızların emitentləri, sahibi olduğu qiymətli kağızın miqdarı, onların öhdəliklərlə yüklənib-yüklənməməsi barədə məlumatları əldə edə bilər. Həmçinin, istifadəçinin mülkiyyətçisi olduğu qiymətli kağızların əməliyyatları barədə məlumatlar da depo hesabında əks olunur", - MDM-dən bildirilib.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olan qiymətli kağızlara sahib fiziki şəxslər “Elektron xidmətlər” sistemindən istifadə edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri