“Milli Net” İnternet mükafatının 2-ci səsvermə prosesi başa çatdı.

20-12-2013 / 09:45
“Milli Net”in Təşkilat komitəsindən verilən məlumata əsasən, 2-ci səsvermə müddəti dekabrın 19-da saat 24:00-da başa çatıb. Dekabrın 20-də “Milli Net” Təşkilat komitəsinin toplantısının keçirilməsi nəzərdə tutulur.
Dekabrın 24-də isə Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasimi  keçiriləcək.
Təşkilat komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 12 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Delta Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell” şirkətidir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə