Previous Next
Bağla

Mobil telefonların Azərbaycana qeyri-leqal idxalı artıb

07-08-2009 19:06
Mobil telefonların Azərbaycana qeyri-leqal idxalı artıb

2008-ci ildə Azərbaycana mobil telefonların qeyri-leqal yolla gətirilməsi üç dəfə artaraq 17,4 mln dollar təşkil edib.

Xeberler.az bildirir ki, müvafiq olaraq daxili qeyri-leqal əmtəə dövriyyəsi də artıb. O, 34,5 mln dollara çatıb. Nəzərə alsaq ki, daxili bazarda şərti telefonun qiyməti orta hesabla 200 dollardır, bu seqmentdə vergidən ən azı 8,6 mln dollarlıq yayınma var.

Buna Dövlət Statistika Komitəsinin məlumatı da sübutdur. Orada deyilir ki, 2008-ci ildə ölkəyə 5,8 mln dollarlıq 57 771 mobil telefon gətirilib.

Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, mobil rabitə abonentlərinin ümumi sayı 2008-ci ildə əvvəlki illə müqayisədə 352 000 min nəfər artıb.

Dövlətstatkomun məlumatını doğru kimi qəbul etsək, ölkədə kəskin telefon qıtlığı olardı. Nəzərə alsaq ki, telefonların deyilən sayını yeni abonentlərin altıda biri alıb (16,4 faiz) və bir çox abonentlər bir neçə telefon nömrəsi alır (bunlar 4-5 faizdir), həmçinin bir sıra abonentlər telefonu təkrar bazarda alır (3-5 faiz), belə qənaətə gəlmək olar ki, yeni abonentlərin ən yaxşı halda dörddə biri (25 faiz) yeni aparat ala bilib. Amma heç bir defisit müşahidə edilməyib. Əksinə, mağazaların piştaxtaları hər cür telefon cihazları ilə doludur.

Yeganə ağılabatan izah odur ki, satışdakı telefonların əksəriyyəti (ən azı 75faiz) qeyr-leqal şəkildə gətirilib. Daha bir həyəcan doğuran fakta diqqət yetirmək lazımdır ki, 2007-ci illə müqayisədə qeyri-formal mobil telefon bazarı ötən il üç dəfə artıb. 2007-ci ildə abonentlərin sayı rəsmi məlumata görə, 300 min artıb, leqal yolla gətirilən telefon aparatlarının sayı isə 2008-ci ildəkindən 3 dəfə çox olub (6 mln dollarlıq 175592 aparat).

Aydındır ki, qeyri-leqal idxalla vergi və gömrük orqanları mübarizə aparmalıdır. Amma bu orqanları yükdən azad etmək yolu da var. Söhbət hökumət səviyyəsində qeyr-leqal yolla gətirilən telefonların söndürülməsi barədə qərar qəbul edilməsindən gedir. Ukrayna bu yolla getmək istəyir. Ukraynanın rabitənin tənzimlənməsi məsələləri üzrə milli komissiyası IMEI (mobil telefonun identifikasiya kodu) kodlarının yoxlanması sisteminin tətbiqi barədə qərar qəbul edib. Bu, o deməkdir ki, Ukraynaya leqal gətirilən telefonların IMEI kodları Ukrayna Dövlət Radiotezliklər Mərkəzində qeydyyata alınacaq, mobil rabitə operatorları bu bazada olmayan telefonları söndürəcək.

Ehtimal etmək olar ki, bu qərar savadlı və vicdanla şəkildə yerinə yetirilsə, bazarın mobil seqmentində iqtisadi cinayətlər daha az olacaq.

 

Turan

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmi hazırlanır

19-02-2020

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009

Ölkəmizə gətirilən mobil telefonların sayı xeyli azalıb

16-08-2015

Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

13-03-2023

Azərbaycana mobil telefon idxalı azalıb

12-04-2015

Bu ilin ilk yarısında Azərbaycanda mobil telefon abunəçilərinin sayı 9% artıb

29-07-2008

Azərbaycanda mobil telefon abonentlərinin sayı artıb

26-07-2010

Mobil telefon abunəçilərinin artım tempi stasionar telefon abunəçilərinin artımını bir neçə dəfə keçir

30-10-2008

İnternetdə mahnıların 95%-i qanunsuz yüklənilir

21-01-2009

Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

26-08-2025

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı artıb

28-07-2022

Dünyanın ən böyük mobil telefon istehsalçıları kimlərdi?

03-12-2010

Azərbaycana mobil telefon idxalı məhdudlaşdırılır

03-08-2016

“Lamborghini” dən möhtəşəm mobil telefon!

06-11-2010

Cari ildə mobil rabitəyə xərclənən vəsait 200 mln. manatı ötüb

19-04-2019

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008

İnformasiya və rabitə xidmətlərinin dəyəri artıb

17-07-2019

Mobil operatorların gəlirləri azalıb

14-07-2016

2009-cu ildə mobil telefonların satış həcmi azalacaq – Gartner

26-11-2008

Ötən ay əhali mobil rabitəyə 66 mln. manatdan çox pul xərcləyib

19-02-2019

2010-cu ildə dünyada 1.39 milyard mobil telefon satılıb

01-02-2011

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

19-03-2012

Rabitə xidmətlərinin gəlirləri artıb

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə