Previous Next
Bağla

Saxta telefonu necə müəyyən etməli ?

26-03-2012 16:54
Saxta telefonu necə müəyyən etməli ?
Son illərdə dünya üzrə qara bazarda saxta telefonların payı sürətlə artmaqdadır. Belə ki, son araşdırmalara görə 2011-ci ildə saxta telefonların ümumi sayı 200 milyon rəqəminə qalxmaqla dünya üzrə satılan 1.5 milyard telefon sayının təxminən 13%-ini təşkil edib.
Saxta telefonlar hamımız üçün — həm alıcılar, həm satıcılar, həm də dövlət üçün təhlükəlidir. Nəyə görə? Gəlin aydınlaşdıraq.

1. Saxta telefonu alarkən Siz ödədiyiniz məbləğin qarşılığını almırsınız. Beləki, 3G, WLAN, GPS və digər funksiyalar sadalayan saxta telefonlardan istifadə zamanı bu funksiyaların olmaması və ya düzgün işləməməsi ilə üzləşə bilərsiz. Hətta elə hal da ola bilər ki, telefonun əsas funksiyası olan zəng etmək belə mümkün deyil. Əsas səbəb isə bu telefonların aşağı qiymətə sata bilmək üçün mənşəyi və kimliyi bilinməyən istehsalçıların ucuz komponentlərdən istifadə etməsi və hazır malı sınaqdan keçirməməsidir.

2. Saxta telefon aldıqdan və onun saxta olduğunun şahidi olduqdan sonra Siz bu telefonu mağazaya geri qaytara bilməyəcəksiniz. Mağazadakı satıcı bu telefonun zəmanətsiz satıldığı üçün ucuz qiymətə olduğunu deyəcək və sizə «Xoşun gəlmir məhkəməyə ver» kimi sözlərlə Sizi başınızdan edəcək. Hətta saxta telefon normal işləsə belə çox güman ki, 6 aydan sonra tamamilə yararsız hala düşəcək və onu təmir etdirmək mümkün olmayacaq.

3. Əsas məsələlərdən biri isə bu saxta telefonların təhlükəli olması və insan sağlamlığına olan ziyanı ilə bağlıdır. Saxta telefonlar sınaqlardan keçib təsdiq edilmədiyi üçün istifadəçilər təhlükəli hallarla üzləşirlər. Saxta telefon istehsalçıları telefonun maya dəyərini aşağı etmək üçün qadağan edilmiş, təhlukəli maddələrdən istifadə edirlər. Telefon barareyasının qidalanması zamanı yarana biləcək təhlükəli hallar onları heç maraqlandırmır. Müqayisə üçün bildirək ki, Nokia şirkəti istehsal zavodunun dünyanın hansı ölkəsindən asılı olmayaraq hər zaman və hər yerdə Avropada etibarlı olan istehsal və istifadə standartlarını öz işində rəhbər tutur. Orijinal telefonlar, ehtiyyat hissələri və batareyaları milli və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq ciddi şəkildə sınaqdan keçirilir. Bu sınaq otaqlarında gərginliyi, cərəyanı və daxili hərarəti yoxlayan cihazlardan istifadə edilir. Saxta telefonlar adı çəkilən standartların heç birisi ilə uyğunluq təşkil etmir. Çox hallarda, Siz əldə partlayan telefon batareyaları haqda xəbərləri oxuyursunuz. Belə hallar məhz saxta telefonlardan istifadə halları ilə bağlıdır.

4. Biznes cəhətdən isə orijinal telefon satan şirkətlər və mağazalar saxta telefon satıcılarına qarşı əlverişsiz düşdüyü üçün rəqabət qabiliyyətini itirir və bazarda zəif vəziyyətə düşürlər. Nokia şirkətinin də əsas istəyi onun rəsmi və orijinal malını satan şirkətlərə dəstək olmaqla alıcıların hüquqlarını qorumaqdır.

5. Saxta telefon satıcıları fəaliyyət göstərdiyi ölkənin iqtisadiyyatına da ciddi ziyan vururlar. Onlar gömrük rüsumlarından və vergilərdən yayınmaqla yanaşı istehlakçılara saxta telefon satmaqla sağlamlıqları üçün təhlükə yaradırlar.

6. Nəhayət, onu da qeyd etməliyik ki, orijinal telefon istehsalçıları saxta telefon bazarının inkişafı ilə əlaqədar olaraq ziyana uğrayır və məhsulun inkişafına yönələ biləcək gəlirlərini müəyyən hissəsini itirirlər.

Beləliklə, Siz saxta telefondan özünüzü qorumaq üçün nə etməlisiniz?

Çox zaman orijinal və saxta telefon arasındakı su kimi aydın olan fərqi hiss etmək olar. Məsələn «Nokia» deyil, «Nokoia» və ya «Nokla» olaraq qeyd edilən marka Nokia istehsalçılarının məhsulu ola bilməz. Telefonun üstündə rəsmi istehsalçının holoqramı yoxdursa və telefon zəmanət talonu olmadan satılırsa deməli sizə saxta telefon ilə aldatmaq istəyirlər.
Ancaq çox zaman, qara bazar satıcıları orijinal telefondan daha çətin ayırd edilə bilən telefonlar təqdim edirlər. Bu halda, diqqətli nəzarət Sizə kömək ola bilər. Alacağınız telefonun əsas funksiyalarını, istehsal edilən rənglərini, düymələrin yerləşmə qaydasını, kamera və digər xüsusiyyətləri bilməklə saxta telefonu orijinal telefondan ayırd edə biləcəksiniz. (Weboxu)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Diqqətli olun! Nokia E71 əvəzinə  Nckla E71 satışdadır

Diqqətli olun! Nokia E71 əvəzinə Nckla E71 satışdadır

03-04-2009
Facebooka bənzər 200 min saxta sayt var

Facebooka bənzər 200 min saxta sayt var

20-05-2009
Ən ucuz telefon və ən ucuz kompüter

Ən ucuz telefon və ən ucuz kompüter

19-08-2008
Çinlilər iPhone-nu HiPhone etdilər

Çinlilər iPhone-nu HiPhone etdilər

09-05-2009
Milyon dollarlıq telefon

Milyon dollarlıq telefon

31-08-2010
12 saat danışıq müddəti - bu artıq reallıqdır.

12 saat danışıq müddəti - bu artıq reallıqdır.

30-12-2008
Nokia ən ucuz 3G telefonunu təqdim etdi

Nokia ən ucuz 3G telefonunu təqdim etdi

23-05-2009
Facebook saxta xəbər paylaşanlarla mübarizəyə başladı

Facebook saxta xəbər paylaşanlarla mübarizəyə başladı

16-12-2016
Nokia Scentsory Cellphone - mobil telefonlar arasında inqilab

Nokia Scentsory Cellphone - mobil telefonlar arasında inqilab

01-09-2008
Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

19-03-2012
Saxta iPhone istehsal edən fabrik bağlandı

Saxta iPhone istehsal edən fabrik bağlandı

29-07-2015
Mİcrosoft saxta təhlükəsizlik proqramlarına qarşı...

Mİcrosoft saxta təhlükəsizlik proqramlarına qarşı...

25-11-2008
Dünyada neçə milyard insan mobil telefondan istifadə edir?

Dünyada neçə milyard insan mobil telefondan istifadə edir?

11-07-2010
5 milyon dollarlıq iPhone

5 milyon dollarlıq iPhone

05-11-2010
Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

Azərbaycanda telefon qaçaqmalçılığına qarşı önəmli addım

13-05-2009
Alibaba saxta mallarla mübarizəyə 160 milyon dollar xərclədi

Alibaba saxta mallarla mübarizəyə 160 milyon dollar xərclədi

24-12-2014
Azərbaycanda mobil telefonlar siyahıya alınacaq

Azərbaycanda mobil telefonlar siyahıya alınacaq

29-08-2010
Mobil telefon seçimində hansı məsələlərə diqqət etməliyik?

Mobil telefon seçimində hansı məsələlərə diqqət etməliyik?

14-01-2016
Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015
Dələduzlar "Azərpoçt"un adından saxta saytlar hazırlayıb

Dələduzlar "Azərpoçt"un adından saxta saytlar hazırlayıb

09-01-2023
“Nokia”  özündən çıxdı

“Nokia” özündən çıxdı

18-10-2010
WhatsApp-ın web versiyasından istifadə edərkən diqqətli olun

WhatsApp-ın web versiyasından istifadə edərkən diqqətli olun

08-02-2015
Nanokia – gələcəyin mobil telefonu

Nanokia – gələcəyin mobil telefonu

21-10-2008
Facebook 500 milyon saxta hesabı silib

Facebook 500 milyon saxta hesabı silib

22-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə