Samsung qəribə görünüşlü yeni cib telefonunu satışa çıxaracaq. Şirkət B3310 adlı modeli ilk olaraq Fransada satışa təqdim etməyə hazırlaşır.
Daha əvvəl Samsung B3310-u çəhrayı-qara rəngləri ilə təqdim etmişdir. İndi isə Fransada ikinci bir rəng variantı olaraq mavi-qara çaları istifadəçilərin ixtiyarına veriləcək. 2 düymlük TFT ekrana sahib olan telefon QWERTY klaviaturasıyla mesaj yazmağı xoşlayanları sevindirəcək.
2 MP kamerası ilə video da yazıla bilən telefonun məlumat köçürmək üçün Bluetooth dəstəyi də mövcuddur. 43 MB-lıq daxili yaddaşı ilə bərabər MicroSD dəstəyinə də sahib olan B3310-nun musiqi sevərlər üçün həm FM radiosu, həm də musiqi çaları var. 101 qram ağırlığındakı telefonun Sentyabr ayı ərzində mağazalara paylanması gözlənilir.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri