Videoları YouTube-da MP3 formatına çevirən YouTube-MP3.org servisi fəaliyyətini dayandırır.
Yəqin ki, çoxlarınız YouTube-da qulaq asdığımız musiqini telefonunuza yükləmək üçün YouTube-MP3.org-dan istifadə edirsiniz.
Xeberler.az-ın məlumatına görə, məhkəminin qərarı ilə ötən ildən fəaliyyətə başlayan və günlük olaraq çox sayda isifadəçi tərəfindən ziyarət edilən servis yaxın zamanda bağlanır.
Qeyd edək ki, YouTube-MP3.org qeyri-qanuni xidmət göstərsə də, pulsuz musiqi yükləmək imkanı təqdim edir.
Belə ki, YouTube-a daxil olub, istədiyiniz klipin URL-nı saytdakı boş yerə əlavə edirsiniz. Daha sonra mahnının klipini MP3 formatında yükləyirsiniz.
Lakin bu musiqi sahiblərinin o qədər xoşuna gəlməyib. Bəzi musiqi şirkətlərinin sahibləri tərəfindən məhkəməyə verilən YouTube-MP3-ün başı illərdir bəladadır.
Ötən il başlayan və bir neçə günə qədər davam edən məhkəmə yekunlaşıb. YouTube-MP3-nın təsisçisi Philip Mateasanz ilə Amerika Qeydiyyat Sənayesi Birliyi (RİA) arasında olan razılaşmaya görə, servisin domeni RİAA-ya veriləcək.
Transfer prosesindən sonra müəllif hüquqlarını pozan saytın bütün xidməti ləğv ediləcək.
Məlumatlara görə, Philip Mateasanzı bununla bağlı müəyyən miqdarda cəza ödəməsi etməyi qəbul edib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri