Yaponiyanın “Mitsubishi” şirkəti istehsalatda üzləşdiyi avadanlıq problemləri səbəbindən lazer televizorlarının istehsalını dayandırıb. Şirkətin rəsmi nümayəndələrinin sözlərinə görə, buna baxmayaraq, artıq yaxın vaxtlarda istehsal bərpa olunacaq.
“APA-ECONOMICS”in məlumatına görə, “Mitsubishi” dünyada yeganə lazer televizorları təchizatçısıdır.
Bundan başqa, ABŞ-ın “Vizio” şirkəti də plazma televizorlarının istehsalını dayandıracağını bəyan edib. “Vizio” brendi 2002-ci ildə yaradılıb və aşağı qiymət kateqoriyalı plazmalı maye-kristallı televizorlar istehsal edir. Plazmadan imtina edən şirkət diqqətini bütövlükdə maye-kristallı modellərin istehsalına yönəldəcək.
Qeyd edək ki, maye-kristallı televizorlara olan tələbat plazma televizorları ilə müqayisədə daha böyükdür və onların istehsalı daha rentabellidir. Bu televizorlar nisbətən az elektrik enerjisi istifadə edir. Plazma televizorları isə daha yüksək keyfiyyətli təsvirlə seçilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri