Xeberler.az bildirir ki, smartfonları ilə tanınan Rusiyanın "BQ" elektronika brendi televizorlar istehsalına başlayıb. İlk modellər seriyasına 23,6-31,5 düym diaqonallı 6 televizor daxildir. Onların hamısı "ağıllı" televizorlar sinfinə aiddir və rəqabət fonunda əlverişli qiymətləri ilə seçilir.
"BQ 2201B" və "BQ 2202B" modelləri "Full HD" təsvir ölçülü 21,5 düymlü ekran və 6 vatt gücündə quraşdırılmış audiosistemlərlə təchiz edilib. Daha böyük "BQ 2401B", "BQ 2402B" və "BQ 3201B", "BQ 3202B" modelləri müvafiq olaraq "HD" formatlı displeyə və 16 və ya 14 vatlıq dinamiklərə malikdir. Bütün televizorlarda geniş baxış bucaqlı və 16,7 milyon rəngi əks etdirmək qabiliyyətinə malik "LED" matrisallarından istifadə olunub. Bundan başqa, qurğular analoq və rəqəmli (DVB-C/T/T2/S2) qəbuledicilər, "USB" və "HDMI" çıxış, komponent və kompozit çıxış, koaksial çıxış, qulaqcıq üçün çıxış və "CI " kartı üçün slotla təchiz olunub.
"BQ 2201B" və "BQ 2202B" modellərinin qiyməti 99,26 dollar, "BQ 2401B" və "BQ 2402B" televizorlarının 106,91 dollar, "BQ 3201B" və "BQ 3202B" modellərinin 137,46 dollar təşkil edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri