Hazırda insanlar İnternetə daha çox mobil qurğular vasitəsilə daxil olur, lakin bu, fərdi kompüterlərdən istifadənin azalması kimi başa düşülməməlidir.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən bildirir ki, bu barədə “comScore” şirkətinin son məlumatında deyilir.
Sahədə istifadəçilərin fərdi kompüterlərdən istifadədən imtina edərək mobil qurğulara keçməsi fikri geniş yayılıb. Əslində isə tədqiqat və analitik şirkətlərin məlumatları ümumilikdə bazar səviyyəsində bu fikri təsdiq etmir.
Mobil qurğulardan kontent istifadəçilərinin sayı durmadan artır, lakin buna baxmayaraq fərdi kompüterlərdən internetə daxil olmaq üçün istifadə azalmır. Faktlar göstərir ki, bu göstərici yüksəlir.
“comScore”un məlumatına görə, ABŞ-da fərdi kompüter istifadəçilərinin onlayn sərf etdikləri ümumi vaxt son iki il ərzində stabil olaraq qalır. Digər tərəfdən, mobil qurğularda sərf edilən vaxt sürətlə artır. Lakin rəqəmlər ondan xəbər verir ki, mobil qurğulardan istifadə vaxtı fərdi kompüterlərin vaxtı ilə eynilik təşkil edir.
Mobil qurğulardan adətən səhər və axşam vaxtlarında istifadə olunduğu halda fərdi kompüter trafikindən əsasən iş günlərində istifadə edilir.
Bir sözlə, mobil trafikin payı artmaqla yanaşı, ümumi trafikin payı yüksəlir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri