Previous Next
Bağla

Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

03-11-2025 18:45
Nazir: “Elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub”

Son illərdə ölkədə həyata keçirilən islahatlar Azərbaycan təhsil sistemini regionda texnoloji inkişafın mərkəzinə çevirib. Rəqəmsallaşma və süni intellekt istiqamətində elmi strategiyaların formalaşdırılması, bu sahələrdə tədqiqat potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Xüsusilə idarəetmə, sosial innovasiyalar və insan kapitalının inkişafı istiqamətində yanaşmaların dərinləşdirilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir.

Xeberler.az bildirir ki, Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.

Nazir ölkə rəhbərliyinin elm və təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elm və təhsilinin müasir əsaslar üzərində formalaşmasında və bu sahələrin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı müstəsna rolu diqqətə çatdırıb.

Vurğulayıb ki, bu siyasi və ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində son illərdə ölkəmizin elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın məntiqi nəticəsi kimi, ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elm və təhsil infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılır.

Onun sözlərinə görə, Qarabağ Universitetinin fəaliyyətə başlaması təkcə yeni bir ali təhsil ocağı deyil, həm də Azərbaycanın milli suverenliyinin və qürurunun bərpasını simvolizə edən tarixi hadisədir. Bu universitetin yaranması azad edilmiş torpaqlarda elmin, bilik və yaradıcılığın dirçəlişini təcəssüm etdirir.

Emin Əmrullayev çıxışında Azərbaycanın bir dövlət olaraq qarşısında dayanan geniş imkanlardan bəhs edib. Bildirib ki, ölkəmiz mövcud elmi, intellektual və texnoloji potensialını səmərəli şəkildə səfərbər etməklə qısa müddət ərzində regionun lider ölkəsinə çevrilmək imkanına malikdir. Bu məqsədlə insan kapitalının inkişafı, innovasiyaların dəstəklənməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən siyasət ölkənin gələcək inkişafına mühüm töhfə verəcək.

Nazir “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsində elm və ali təhsillə bağlı müəyyənləşdirilmiş əsas istiqamətlərdən bəhs edərək vurğulayıb ki, qarşıdakı dövrdə ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, tədris məzmununun müasirləşdirilməsi, keyfiyyət göstəricilərinin yüksəldilməsi, beynəlxalq rəqabətlilik və akademik mobilliyin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. O, qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi bu strategiyanın əsas hədəflərindən biridir. Bu baxımdan bilik və texnologiyaların effektiv transferi 2027–2030-cu illərdə Azərbaycan elminin aparıcı istiqamətlərindən biri olacaq.

Emin Əmrullayev elmi kadr hazırlığının müasir tələblərə uyğun təşkilinin yeni yanaşmalar və layihələr əsasında həyata keçirildiyini söyləyib.

Nazir çıxışının sonunda qarşıdan gələn Zəfər Günü və AMEA-nın 80 illik yubileyi münasibətilə Akademiya kollektivini və bütün Azərbaycan elmi ictimaiyyətini təbrik edib. Bildirib ki, Zəfər Günü xalqımızın birliyi, iradəsi, elmi-intellektual potensialı və müzəffər ordumuzun qəhrəmanlığı ilə qazanılmış tarixi qələbəsinin rəmzidir. Azərbaycan elminin yeni mərhələdə inkişafı və intellektual potensialın gücləndirilməsi məhz bu Zəfər ruhunun davamı kimi ölkəmizin gələcək yüksəlişinə xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06-10-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

2025-2026-cı il üzrə elm və ali təhsildə yeniliklər və hədəflər müzakirə olunub

22-09-2025

27 Mart - Azərbaycanda Elm Günüdür

27-03-2023

Akademik Akif Əlizadənin mətbuat konfransı keçirilir

18-07-2013

“Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”

20-12-2013

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

24-06-2023

Akademik Akif Əlizadə: “Ölkəmizdə informasiya cəmiyyəti müvəffəqiyyətlə qurulur”

07-10-2013

Emin Əmrullayev: "Hazırda Qarabağ Universitetinin böyük konsepti hazırlanır"

09-10-2023

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

27-06-2024

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

30-04-2021

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022

Azərbaycanda ilk dəfə olaraq Elm Günü qeyd olunacaq

27-03-2019

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

24-04-2026

Nazir: Rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır

29-09-2025

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

Misir Mərdanov: “AMEA-nın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

03-06-2022

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə