Previous Next
Bağla

Mobil operatorların analoqu olmayan SMS ödəmə faizləri

03-05-2016 17:28
Mobil operatorların analoqu olmayan SMS ödəmə faizləri

Mikro ödəmələr növündə Azərbaycanda məntiqə sığmayan faizlər var.

SMS metodu ilə ödəmələrin dövriyyəsindən alınan 60%-lik əməliyyat xərci ilə hansı kiçik sahibkar məhsullarını və ya xidmətlərini sata bilər?

Bildiyiniz kimi, nömrədən SMS göndərilərək məhsul və ya xidmət alınmasına SMS ödəmələri adı verilir. SMS ödəmələri Mikro Ödəmələr metodunun ən çox istifadə olunan xidmətidir. Məsələn, internetdə bir məhsul xoşunuza gəlir və almaq istəyirsiniz. Əgər kartınız yoxdursa,  satıcı imkan verir ki, SMS göndərərək ödəməni mobil nömrənizin balansından ödəyəsiniz.

Beləliklə, məhsul müqabilində pul nömrənizin balansından silinir və siz məhsulu almış olursunuz.

 SMS ödəmələrinin alıcı tərəfində üstünlükləri:

-Asan və sürətli ödəmə metodudur

-Heç bir bank hesabını, kredit və debit kartı məlumatlarını qeyd etmir

-Heç bir istifadəçi adı və şifrəni yadlarında saxlamağa ehtiyac yoxdur (Paypal-da olduğu kimi)

-Şəxsi məlumatlar və kart məlumatları paylaşılmadığı üçün daha təhlükəsizdir

SMS ödəməlirinin satıcı tərəfində üstünlükləri:

-Dünyanın hər nöqtəsindən olan alıcıdan ödəmə qəbul edə bilirlər

-SMS Marketinq imkanlarından istifadə edib, loyallıq yaratmaq imkanı var

-Müştərilərinin ödəmə məlumatlarının doğrulanmasına ehtiyac olmur

-Ödəmələri almağı Mobil Operatorlar həyata keçirir

-Qurulumu çox asan və pulsuzdur

 

 

Ölkəmizin həqiqətlərində heç bir satıcı məhsullarını satarkən bu tipli ödəmə qəbul etmək istəmir. Bunun əsas səbəbi Mobil Operatorların satıcının dövriyyəsindən aldığı minimum 60%-lik əməliyyat xərcidir.

Yəni, satıcı məhsulu 10 AZN ilə satışa qoysa və ödəməni SMS ilə qəbul etsə, əlinə keçəcək miqdar cəmi 4 AZN-dir. Bunun 6 AZN-i  Mobil Operatorların cibinə gedir. Qonşu Gürcüstan, Türkiyə, Rusiya bazarına baxanda Mikro Ödəmə şirkətlərinin aldığı faiz 5-15% arası dəyişir.

Araşdırmalarım nəticəsində məlum olub ki, Mikro Ödəmə şirkətlərinə bu xidməti satan Azərbaycanın Mobil Operatorları (Azercell, Bakcell, Nar) xidmət xərci olaraq dövriyyənin 60 %-i  istəyir. Mikro Ödəmə şirkətidə məcbur olub 60%-in üstünə ortalama 0-5% əlavə edib sahibkara xidmət göstərir. Ümumilikdə 65% xərc çıxır.  

Başa düşmək olmur. Necə olur ki, mobil operatorlar təkcə ödəməni alıb- vermək üçün, əziyyəti çəkib məhsulu hazırlayıb satan kiçik sahibkardan 10 qat daha çox qazanmağı düşünür?

Axı Rusiya, Gürcüstan, Türkiyədəki mobil operatorlar necə aşağı faizlə işləyə bilirlər, amma bizdə niyə belə fəaliyyət mümkün deyil?

Düşünürəm ki, ölkə başçısının kiçik sahibkarlıq mühitinin inkişafına göstərdiyi qayğı və dövlət siyasətinə artıq özəl şirkətlər də dəstək versə, daha yaxşı olar. Xüsusən də sahibkarların dövriyyəsindən aldığı faizlər ilə ayaqda qalan bütün növ ödəmə şirkətləri kiçik sahibkarlar üçün endirim faizinə getməlidir.

Mobil Operatorlardan isə xahiş edirik ki, kiçik sahibkarlığın və təşəbbüskarlığın inkişafına dəstək olmaq üçün Mikro Ödəmə metodlarından olan SMS ödəmələrinin əməliyyat faizini 60%-dən qonşu ölkələrdəki kimi 5-15%-ə qədər azaltsınlar . Beləliklə,  alanda razı olsun, elə satan da.  

 

“Birlikdə daha güclüyük”

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

19-06-2009

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

09-08-2022

Pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcək

23-02-2011

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009

“YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

08-01-2021

Ödəmə kartları - mobil xatırlatma xidməti istifadəyə verilib

26-02-2013

077271111 nömrəsindən gələn SMS-lər

25-06-2011

ABŞ-ın 15 yaşlı SMS çempionu

23-06-2009

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

Azercell bezdirici SMS-lərin qarşısını alacaq

09-04-2015

Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

07-01-2015

iPhone istifadəçiləri SMS-lə pul göndərə biləcək

13-11-2015

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015

Onlayn ödənişlər zamanı Bakcell-dən bonuslar əldə edəcəksiniz

24-07-2015

Nazirlik reklam SMS-nin qarşısını alacaq?

04-12-2014

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023

"Nar Mobile-dan Hədiyyə Yağışı!" kampaniyasının ilk qalibləri

22-12-2010

SMS-dən ölüm

27-03-2009

Sınaq imtahanına elektron yazılış başladı

30-03-2015

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015

Paypal-ın sürətli ödəmə xidməti One Touch web saytlarına gəlir

30-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə