Previous Next
Bağla

Mobil operatorların messencerlərlə mübarizəsi: Operatorlar siradan çıxacaqmı?

22-11-2014 15:49
Mobil operatorların messencerlərlə mübarizəsi: Operatorlar siradan çıxacaqmı?

Azərbayanda “WhatsApp”, “Viber” və ya “Skype” kimi proqramlardan, eləcə də, sosial şəbəkələrdən istifadənin artması mobil operatorlara ciddi problemlər yaratmağa başlayıb. Bu proqramlar yayıldıqca, ənənəvi mobil xidmətlər, yəni mobil danışıqlar və SMS-lərin, ən əsası rouminq xidmətləri azalır.

SMS-lər 50%, telefon danışıqları 30% azalıb

İnternetin inkişafı və messencer proqramlarının geniş yayılması nəticəsində Azərbaycanda mobil telefon danışıqlarının həcmi 30%-ə qədər, SMS-lərin sayı isə təqribən 2 dəfə azalıb. Bu barədə fins.az-a informasiya texnologiyaları üzrə mütəxəssis Cümşüd Əliyev bildirib.

Söhbət “WhatsApp”, “Viber” və ya “Skype” kimi mobil əlavələrdən, eləcə də, sosial şəbəkələrdən gedir. Bu əlavələr ənənəvi mobil xidmətlərdən qat-qat ucuz başa gəlməklə yanaşı, həm də istifadəçilər üçün daha böyük imkanlar yaradır. Belə ki, ənənəvi danışıq və mesajlardan fərqli olaraq “WhatsApp”, “Viber” və ya “Skype” proqramlarla yazılı, səsli və video mesajlar, şəkillər və s. göndərək mümkündür.

C.Əliyevin sözlərinə görə, smartfon istifadəçiləri artdıqca messencer proqramlarından daha çox istifadə olunur: “Planşetlərdə və kompyuterlərdə də belə əlavələrin yaradılması messeencerlərə marağı daha da artırır. Çünki onların köməyi ilə, məsələn, iş yerində ətrafdakılara mane olmadan və zəng etmədən istədiyin şəxslə əlaqə saxlayıb məlumat almaq our. Bu da mobil telefonlardan istifadəni azaldır”.

Qeyd edək ki, artıq dünya bazarında messencerlər ənənəvi SMS-ləri iki dəfə üstələyib. “İnforma” agentliyinin hesabatına görə, hazırda“WhatsApp”, “Viber” və ya “Skype” kimi proqramlar vasitəsilə gündə 50 milyard mesaj ötürüldüyü halda, SMS vasitəsilə göndərilən mesajlar 21 milyard olub. “Facebook” kimi milyardı keçən sosial şəbəkələrdə isə gündəlik mesaj ötürülməsi yüz milyonlarla ölçülür. Nəticədə mobil operatorların SMS-dən götürdüüləri gəlirlər kəskin azalıb.
Rouminq danışıqları da azalıb

Yeni proqramlar mobil operatorların əsas gəlir mənbələrindən birini — rouminq xidmətlərini də sarsıdıb. «TeleGeography»nin məlumatına görə, təkcə “Skype” proqramı dünyadakı bütün beynəlxalq danışıqların 3-də birini təmin edir. Bu özünü Azərbaycanda da göstərir. C.Əliyev bildirir ki, artıq xaricə gedənlərin böyük əksəriyyəti yaxınları ilə adi telefon danışıqları və SMS-lərlə deyil, messencerlər vasitəsilə əlaqə saxlayırlar: «Rouminq qiymətləri həddən artıq şişirdilib və xaricə səfər edənlər bundan çox əziyyət çəkirlər. Ona görə də, rouminq danışıqlardansa bu tip əlavələrdən istifadə eləmək daha sərfəlidir”. Bunun üçün ətrafda internet (Wi-Fi) olması kifayətdir: „Demək olar ki, heç bir xərc çəkmədən istədiyin vaxt əlaqə yaratmaq olar. Bəzi mesencer əlavələrindən hətta mobil və şəhər telefonlarına çox ucuz qiymətə zəng eləmək olar”.

Ümid geridə qalmış müştərilərədir

Doğrudur, messencer proqramları sürətlə yayılsa da, hələlik danışıqların böyük hissəsi ənənəvi rabitə tariflərinin payına düşür. C.Əliyev bildirir ki, istifadəçilərin 50-60%-i ağıllı telefonlardan və adıçəkilən əlavələrdən tam istifadə edə bilmir. Ona görə də, klassik xidmətlərdən istifadə edirlər. Bu da hələlik mobil operatorların gəlirlərini təmin edir.

Nazirlik: mobil tariflər ucuzlaşmalıdır

Messencerlərin mobil operatorlara zərər vurduğunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də etiraf edirlər: “alternativ danışıq və ismarıcların mübadiləsi ənənəvi rabitə xidmətlərinin həcminə kifayət qədər təsir etməkdədir. Mobil operatorların özlərində də etiraf edirlər ki, “yeni tətbiqlərin meydana çıxması ilə bağlı dünyada müşahidə olunan ümumi tendensiya bizə də aiddir“.

İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirir ki, yeni texnologiyaların inkişafı mobil operatorları çətin vəziyyətə çalıb: “Bütün dünyada olduğu kimi bizdə də mobil operatorların ən qorxduğu rəqib internetdir. Çünki internet üzərindən ani mesajlaşma, səsli və ya görüntülü danışıq proqramlarının həm sayı və imkanları, həm də istifadəçiləri artır».

Nazirlikdə etiraf edirlər ki, mobil operatorlar vəziyyətdən çıxmaq üçün qiymətləri ucuzlaşdırmalıdırlar: «Mobil rabitə tariflərinin aşağı salınması üçün RYTN tərəfindən mobil rabitə operatorlarına tövsiyələr verilir». Doğrulur. ilin əvvəlinlən mobil operatorlar bəzi kampaniyalara başalyıblar. Amma O.Gündüz vəziyyəti düzltmək üçün bunu yetərli saymır: «Məsələn, SMS-ləri pulsuz edə bilərlər, danışıq tariflərini azalda bilərlər, yeni xidmətlər təklif edə bilərlər. Amma onlar çox bəsit və müştəriyə sərfəli olmayan kampaniyalar keçirirlər. Bu da müştərilərin digər vasitələrə əl atmasını sürətləndirir».

Hazırda operatorlar sms-lərin qiymətini kəskni endiriblər, bir çoxları bunu gecikmiş addim kimi qiymətləndirirlər. C.Əliyev də bu fikirdədir: “Bəli bu, gecikmiş haldır. Bunun bir səbəbi də mobil operatorların texniki avadanlıqlarının yenilənməməsi səbəbindən baş verir. Gəlirlər azaldığına görə, şirkətlər yeni texnologiyalar tətbiq edə bilmir, kohnə vasitələrdən istifadə etməyə məcbur olurlar. SMS-in qiymətinin azalması, hətta kampaniyalar çərçivəsində onları pulsuz paylamaqla operatorlar guya bu xidmətdən istifadə edildiyini göstərirlər. Bundan əlavə, operatorlarla çoxdan birgə fəaliyyət göstərən xidmət provayderləri var ki, bu SMS xidmətindən məharətlə istifadə edərək gəlir götürürlər”.

Mobil operatorların «qara günləri» qabaqdadır

Amma Osman Gündüzün fikrincə, bu vəziyyət uzun sürməyəcək — mobil messencerlərin sayının artması mobil operatorların vəziyyətini getdikcə çətinləşdirib onların sıradan çıxaracaq: “Gedişat göstərir ki, yaxın gələcəkdə bizim indiki gördüyümüz klassik mobil operator anlayışı olmayacaq. Klassik mobil operatorlar bazardan çıxacaqlar. Əgər insanların əlində, “Skype”, “Facebook”, “Whatshaap”, “Line” və sair internet hesabları varsa, onlar əlaqə yaratmaq üçün bundan istifadə edəcəklər”.

Mənbə: technimum.com

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

10-10-2008

Whatsapp və Facebook mobil operator bazarını sıxışdırır

20-10-2014

Nazirlik reklam SMS-nin qarşısını alacaq?

04-12-2014

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014

NAZİRİN TƏNQİDİNƏ “AZERCELL”dən CAVAB GƏLDİ

25-01-2011

Azərbaycanda telefon danışıqları tarifləri aşağı sanıla bilər

08-12-2010

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir

07-05-2014

“Gizli nömrədən zəng” xidməti ləğv olunur

11-05-2011

“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015

Mobil operatorlar qarşılıqlı ödəmələrdə vahid tarifə keçir?

03-12-2014

Rouminq qiymətləri endiriləcək

10-12-2010

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

“Mobil operatorlarımız tədricən internet provayderinə çevriləcək”

01-12-2015

Aztelekom-dan stasionar telefondan mobil şəbəkəyə sms göndərmək imkanı

10-06-2009

Ən az trafik sərf edən mobil messencer hansıdır?

09-05-2017

“WhatsApp” səsli zəngi sınaq etməyə başladı

01-04-2015

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011

Nar Mobile Mobil TV xidmətini yeniləyib

16-03-2011

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

Reklam SMS-ləri ilə bağlı qanuna dəyişiklik edilməsi təklifləri hazırlanıb

30-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə