Previous Next
Bağla

Ən az trafik sərf edən mobil messencer hansıdır?

09-05-2017 14:20
Ən az trafik sərf edən mobil messencer hansıdır?

İtaliyanın SosTariffe  operatoru ən populyar messencerlər arasında internet trafikinin işlənməsi üzrə statistikanı tədqiq edərək onlardan hansı birinin daha az mobil meqabayt sərf etməsini müəyyənləşdirib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, müqayisədə WhatsApp, Telegram, Hangouts, Line, Viber, Facebook Messenger və Skype  kimi yeddi messencer iştirak edib.

Ekspertlər tərəfindən testlər 1 saat ərzində LTE şəbəkələrindən istifadə edilməklə aparılıb. Nəticələrdən məlum olub ki, Telegram ən az, Skype və Facebook Messenger isə ən çox trafik sərf edir.

Məlumata görə, sınaqlar üç istifadə rejimi üzrə keçirilib:

Kiçik – 20 göndərilən və 20 alınan məlumat, 5 göndərilən və 5 alınan fotoşəkil.

Orta – 40 göndərilən və 40 alınan məlumat, 10 alınan və 5 göndərilən fotoşəkil.

Yüksək – 100 göndərilən və 100 alınan məlumat, 50 alınan və 20 göndərilən fotoşəkil.

WhatsApp messencerini geridə qoyan Telegram 1 saat istifadə üçün 0,42-3,75 meqabayt nəticə ilə ən az mobil trafik sərf etməsi ilə xarakterizə olunur ki, bu da Facebook  messencerindən 35-40 faiz azdır.

Digər əlavələr saatda 0,65-6,23 meqabayt sərf edən WhatsApp-dan daha çox trafik sərf edirlər.

Hangouts  və Line servisləri WhatsApp  ilə müqayisədə trafiki 6-18 faiz çox işlədir. Lakin aktiv rejimdə Line 5,85 meqabayt, WhatsApp isə 6,23 meqabayt sərf edib.

Viber, Facebook Messenger və Skype ən çox internet trafiki sərf edənlər sırasında yer alıb. Belə ki, Viber saatda 1,56-15,25, Facebook və Skype  isə 2,05-22,22 meqabayt işlədib.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Skype, Facebook, WhatsApp lizenziyalaşdırıla bilərmi?- Nazirdən açıqlama

27-08-2015

WhatsApp Facebook-a 232 milyon zərər vurdu

29-10-2014

WhatsApp-a yeni rəqib gəldi

02-01-2015

KaiOS əməliyyat sistemi WhatsApp-ı dəstəkləyir

25-07-2019

WhatsApp: İstifadəçilərin mesajlarını messencer və “Facebook” görmür

12-01-2021

WordPress-ə Whatsapp, Telegram və Skype düyməsi əlavə edildi

14-04-2016

WhatsApp-dan yenilik

25-06-2015

Facebook Messenger-dən yenilik

05-05-2016

Sosial şəbəkələr vahid çatda birləşir

16-08-2017

“WhatsApp” Almaniyada SİM kartların satışına başlayıb

09-04-2014

“WhatsApp” səsli zəngi sınaq etməyə başladı

01-04-2015

Əli Abbasov: “Skype, Facebook və WhatsApp lisenziyalaşdırılmalıdır”

07-08-2015

Britaniyalılar mobil telefona həftədə iki iş gününü sərf edir

12-05-2015

Whatsapp və Facebook mobil operator bazarını sıxışdırır

20-10-2014

Skype bu cihazlarda işləməyəcək

03-07-2017

Facebook Messenger-in aktiv istifadəçi sayı 800 milyona çatdı

07-01-2016

Facebook Messenger, WhatsApp-a yeni rəqib gəlir

27-01-2016

WhatsApp-dan iPhone istifadəçilərinə şad xəbər

22-04-2015

“WhatsApp”da silinmiş mesajları göndərmək mümkün olacaq

03-11-2020

Mobil messencerlərdə ünsiyyət üçün kart təqdim edilib

27-02-2015

Telegram və WhatsApp-da boşluq aşkar edilib

16-07-2019

Facebook İnstagram dostları ilə birbaşa əlaqə imkanı yaradacaq

17-07-2018

Mark Zuckerberg WhatsApp qadağasına etiraz etdi

17-12-2015

YouTube-da videoya ümumi baxış vaxtı Facebook-dan çoxdur

05-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə