Mobil telefonlar həyatımıza getdikcə daha çox daxil olmağa başlayır. Yapon mühəndislərinin fikrincə, onu, bəzi funksiyalar əlavə etməklə, özümüzə daha da yaxın edə bilərik. Yəgin ki, avtomobil sahibləri telefonlarının həm də maşın açarı kimi istifadə olunmasını nə vaxtsa arzulayıblar. Artıq onların bu arzuları yaxın günlərdə həyata keçəcək. Lakin hələlik bu, yalnız Yaponiyada mümkün olacaq.
NTT DoCoMo, Nissan və Sharp firmalarının birgə səyi nəticəsində Nissan avtomobilinin açarlarının yerinə yetirdiyi bütün funksiyalarla birgə telefon yaradılıb. Ictimaiyyətə təqdim olunacaq telefon simsiz modula malikdir ki, bununla o, maşın sistemlərini idarə edəcək, mühərriki hərəkətə gətirəcək və ya qapıları müəyyən məsafədən açacaq.
Telefon haqda daha geniş məlumat gələn həftə Tokioda keçiriləcək CEATEC sərgisindən əldə ediləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri