Azərbaycanda mobil rabitə xidmətləri sektorunda 3G xidmətlərinin tətbiqi haqqında sualları cavablandıran Rabitə və informasiya texnologiyaları nazirinin müavini İ.Məmmədov bildirib ki: "Yaxın vaxtlarda 3G və digər yüksəksəviyyəli rabitə xidmətləri üçün lisenziyanın verilməsi barədə qərar qəbul olunacaq. Artıq bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib".
Azərbaycanda rabitə xidmətləri üçün lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini deyən nazir müavini bildirdi ki, hazırda ölkədə 4 mobil rabitə operatoru fəaliyyət göstərir və bunun 3-ü CSM, 1-i CDMA operatorudur. İ.Məmmədov yeni mobil operator kimi fəaliyyət göstərmək istəyi ilə bağlı nazirliyə müraciətin daxil olmadığını vurğuladı. Qeyd edək ki, 3G (üçüncü nəsil şəbəkələri) standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və BMT-2000 (İnternational Mobile Telecommunications 2000) adını daşıyır. 3G şəbəkəsi 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/saniyə sürətlə göndərir. 3G şəbəkəsi videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri