BarCamp Caspian 2009-a sayılı günlər qaldı!!!

25-03-2009 / 18:08

Mart ayıının 28-i saat 10:00 da Qafqaz Universitetində BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransının açılış mərasimi olacaq.

Qafqaz Universitetində baş tutacaq bu tədbirə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-yə yaxın ölkələrin (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belorusiya, Orta Asiya, Baltikyanı dövlətlər, Almaniya, İtaliya, İsveçrə və s.) nümayəndələri də iştirak edəcək.

Məlumat üçün bildirək ki, tədbirin platin sponsoru Qafqaz regionunun aparıcı telekommunikasiya operatoru olan Delta Telekomdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Forumu, BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransını  rəsmi dəstəkləyənlər sırasındadırlar.

Bununla yanaşı, dünya üzrə kompüter avadanlıqlarının aparıcı istehsalçısı olan HP şirkəti, Norveçin Opera Softaware şirkəti, Print Art və “Beynəlxalq Hesablaşmalar və Araşdırmalar Mərkəzi” də tədbirin sponsorları arasındadır.

Tədbirə qoşulacaq  300-dən çox olan və əsasən gənclərin üstünlük təşkil etdiyi bu konfransın iştirakçıları arasında Google axtarış sisteminin, Sevenload Almaniyanın video paylaşım saytının, Wordpress, Creative Commons və Opera Software  kimi nəhəng layihələrin nümayəndələri də olacaq.

Qeyd edək ki,BarCamp Caspianın keçirilməsi mart ayının sonuna planlaşdırılıb.BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.Bu növ konfrans Azərbaycanda 2008-ci ildə də 150-yə yaxın yerıli mütəxəssisin iştirakı ilə təşkil olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.