Previous Next
Bağla

Körpü Camp layihəsinin təqdimatı keçirildi

17-04-2009 08:19
 Körpü Camp layihəsinin təqdimatı keçirildi

Dünən may ayında keçiriləcək Körpükamp layihəsinin tanıdılması üçün tədbir keçirildi.Tədbirdə Körpükamp layihəsinin məqsədi, keçiriləcəyi yer haqqında məlumat verildi. Daha sonra 27-29 martda Qafqaz Universitetində keçirilən “Barcamp Caspian 2009” haqqında kiçik həcmli filmin nümayişi oldu. Körpükamp haqqında təqdimatı “Barcamp Caspian 2009”un təşkilatçılarından biri olan İlqar Mirzə edib.

Körpükamp Barcamp Azərbaycan Təşkilatının yeni bir layihəsidir. Mahiyyət etibarilə Barcampa çox yaxındır, fərqi auditoriyasının daha spesifik olmasıdır. Körpükamp layihəsinin əsas məqsədi Qeyri-hökümət Təşkilatları, Media və İnternet birliyi yaradaraq cəmiyyətlə ünsiyyət qurmaq və informasiya mübadiləsi aparmaqdır. İlqar Mirzə qeyd etdi ki, son zamanlar Media müxtəlif təzyiqlərə məruz qalır, sıxışdırılır.Gənclər qəzetlərə və televiziyaya maraq göstərmirlər. İnternet daha azad və sərbəst olduğu üçün öndədir. Sayt yaratmaq üçün heç kimdən icazə alınmır. İnternetdə senzura yoxdur. Buna görə də Media və QHT İnternetlə əməkdaşlıq etməlidir. Körpükamp vasitəsilə İnternet, QHT və Media əməkdaşlığı yaradılacaq. Bu sahələri özündə əhatə edəcək yeni internet layihələrinin inkişafına kömək göstəriləcək.

Körpükampda yeni media mütəxəssisləri, internet jurnalistikası, bloggerlər, proqramçılar, QHT-lər, dizaynerlər, yeni layihə təqdim etmək istəyənlər və s. iştirak edə bilər. Körpükampda Barkampda olduğu kimi qeyri-rəsmi ünsiyyətdən istifadə edilir, təqdimat mövzularında sərbəstlik, seçim azadlığı verilir. Hər kəsin konfransda iştirak etmək hüququ var. Bir növ Körpükamp həm İnternet vərdişlərinin yaranması üçün çalışır, həm də əlaqələrini genişləndirir, kadr mübadiləsi etməyə kömək edir. Heç bir biznes marağı güdmür.

Körpükamp 2-3 mayda Azərbaycan Dillər Universitetinin nəzdində İnformasiya Resurs Kompleksində keçiriləcək. Layihənin maliyyə dəstəyi Soros fondudur.Təşkilati dəstək isə Azərbaycan İnternet Forumu və Azəri Yurdu GİB-nə məxsusdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KörpüKampın keçirilmə tarixi bəlli oldu

13-05-2009

KörpüKamp qeyri-Konfransı haqda ətraflı məlumat

18-04-2009

KörpüKamp layihəsi başa çatdı

18-05-2009

KörpüKamp layihəsinə start verilir!!!

15-05-2009

“KörpüKamp” qeyri-konfransı işinə başladı

16-05-2009

“BarKamp Azərbaycan 2009”-da notbuk udmaq şansını qaçırma!

11-08-2009

“BarKamp Azərbaycan 2009”-a sayılı günlər qaldı

06-08-2009

Gəncədə keçiriləcək BarKamp 2009-a qeydiyyat başlanılıb

03-08-2009

Gəncədə “Barkamp Azərbaycan 2009” qeyri-konfransı öz işinə başladı

14-08-2009

“BarKamp Azərbaycan 2009” sabahdan start götürür

13-08-2009

“Barcamp Caspian 2009” başa çatdı!!!

30-03-2009

BarCamp Caspian 2009da iştirak üçün xarici ölkə nümayəndələri Bakıya gəlməkdədirlər

26-03-2009

“BarKamp Azərbaycan 2009” yekunlaşdı!

18-08-2009

BarCamp Caspian 2009 ilə bağlı tədbir keçirildi

12-03-2009

BarCamp Caspian layihəsi çərçivəsində növbəti tədbir keçirilib

16-03-2009

Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009

Barcamp Caspian-ın dəstəkçiləri artır

04-03-2009

“Barcamp Central Asia 2009” Qazaxıstanda baş tutacaq

13-04-2009

BarCamp Caspianla əlaqədar mətbuat konfransı keçiriləcək

09-03-2009

BarKamp başladı

30-08-2008

BarCamp Caspian 2009-a sayılı günlər qaldı!!!

25-03-2009

“Barkamp Azərbaycan 2009” -un keçirilmə tarixi müəyyənləşdi

17-07-2009

“Barcamp Caspian 2009” öz işinə başladı!!!

28-03-2009

BarCamp Caspian-a hazırlıq işləri gedir

13-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə