26 iyulda Mak.az – Azərbaycanın Onlayn Marketinq Jurnalının növbəti – Yay görüşü keçirilib. Tədbirdə əsasən aşağıdakı məsələlər müzakirəyə çıxarılıb:
1 - yay ərzində bir çox sektorda baş veren satış düşüşləri və bununla mübarizə üsulları
2 - barcamp formatlı seminarların marketinq cəhətdən əhəmiyyəti
Görüşdə "BarKamp" qeyri-konfransının təşkilatçılarından Rəşad Əliyev, Vahid Qasımov, Amid Quliyev, Rəşad Mehbaliyev, Şaiq Muradov iştirak edibdilər.
Tədbirdə BarKamp formatı haqqında, indiyədək keçirilən tədbirlər və gələcək Gəncə BarKampı haqqında iştirakçılara maraqlı məlumatlar verilib.
BarKamp (BarCamp) isə İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır. Növbəti “Barkamp Azərbaycan 2009″-un 14-16 avqust tarixlərində, Gəncə şəhərində, reallaşacağı gözlənilir.
2006-cı ilin avqust ayından Beta versiyada fəaliyyətə başlayan Azərbaycanın ilk online Marketinq Jurnalı - Mak.az rəsmi olaraq 2007-ci ilin yanvar ayından yayımlanmaqdadır.
Jurnalın online versiyada kütləvi istifadəyə verilməsi oxucuların daim yenilənən məlumatları tez bir zamanda oxumaları, öz fikir və şərhlərini bildirmələri və ən əsası məlumatları ən rahat və sərfəli şəkildə əldə etmələri üçün düşünülmüşdür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri