Azercell Telecom yeni kampaniyaya start verib

02-05-2009 / 16:05

Azərbaycanın mobil rabitə operatoru olan \"Azercell Telecom\" 1-31 may 2009 tarixləri müddətində keçirilən SimSim Açılsın kampaniyasına start verib. Bu barədə xeberler.az-a şirkətdən məlumat verilib.

Kampaniyaya qoşulmaq üçün çıxış xətti bağlı olan SimSim abonentləri kampaniya müddətində balanslarına kontur yükləməlidirlər. Bu zaman kartdakı konturların 3-qatı 1 il ərzində (hər ay 1/12 misli olmaqla) Azercell-dən hədiyyə veriləcək.

Hədiyyələrdən (kontur, SMS, MMS və GPRS ) istifadə etmək üçün nömrə çıxış zəngləri üçün açıq olmalıdır. Hədiyyələr yalnız Azercell şəbəkəsi daxilində istifadə oluna bilər.

Hədiyyələr verildiyi aylarda istifadə olunmalıdır. Müvafiq ayda istifadə olunmayan hədiyyələr növbəti aya keçmir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə