Dünən "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun iki jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi davam edib.
Qaynar.info-nun verdiyi xəbərə görə, hakim Elmar Kərimovun sədrliyi ilə Nəsimi rayon Məhkəməsində keçiriləcək iclas saat 15.00-da başlayıb.
Nəhayət məhkəmənin bir ay əvvəl göndərdiyi sorğuya Daxili İşlər Nazirliyi tərəfindən cavab verilib. Gözlənildiyi kimi nə Zahir Əzəmətin, nə də Natiq Muxtarlının məhkumluğunun olmadığı məlum olub. Eyni zamanda müəyyənləşib ki, sən demə əvvəllər Mais Mənsimov da məhkum olunmayıb.
Bu günkü prosesdə həm jurnalistlərin, həm də Mais Mənsimovun vəkilləri çıxış edib.
Müdafiə tərəfinin vəkilinin çıxışı Avropa Məhkəməsinin təcrübəsi əsasında qurulub və 2 saatdan çox davam edib.
Daha sonra hakim müşavirəyə getmək üçün vaxt götürüb və hökmün oktyabrın 7-də, saat 09.00-da elan olunacağını bildirib.
Xatırladaq ki, Mais Mənsimov iddia ərizəsində Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının öz yazılarında özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, həm müəllifi, həm də saytın layihə rəhbəri Zahir Əzəmətin həbs olunmasını tələb edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri