Vəkil İsaxan Aşurov: Bloggerlərin işi saxtalaşdırılıb

19-10-2009 / 20:02

Vəkil İsaxan Aşurov ötən cümə Bakı İstintaq Təcridxanasında müdafiə etdiyi gənc blogger Adnan Hacızadəyə baş çəkib.

Aşurovun Turana verdiyi məlumata görə, Hacızadə saxlanma şəraitindən şikayət etməyib. Adnan və digər blogger - Emin Milli xuliqanlıqda ittiham olunurlar. Lakin yerli və beynəlxalq ictimaiyyət əmindir ki, gənclərin işi saxtalaşdırılıb və onlar İnternetdə fərqli siyasi fikir bildirdikləri üçün təqib olunurlar.

Aşurov məhkəmə istintaqının gedişatı ilə bağlı qiymətləndirmənin hələ tez olduğunu vurğulayıb. Bununla belə, o hesab edir ki, Hacızadə və Milli məhkəmədə təqsirsizliklərini sübut ediblər.

Gənclər iyulun 8-də “Lebanez” restoranında baş vermiş hadisə ilə əlaqədar həbs olunublar. Bakının Səbail rayon məhkəməsində artıq ay yarımdan çoxdur davam edən məhkəmə prosesi zamanı bir şahid belə Hacızadə və Millinin işdə zərərçəkmiş kimi keçən Vüsal Məmmədov və Babək Hüseynovu döydüyünü təsdiq etməyib.

Müttəhimlərin vəkilləri məhkəməyə bloggerlərin özlərinin zorakılığa məruz qaldığına və ilk olaraq şikayətlə polisə müraciət etdiklərinə dair fotosübutlar təqdim ediblər. // TURAN


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə