Nuşirəvan Məhərrəmlinin yerli televiziyalardan narazılığı davam edir

30-10-2009 / 19:01

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ümumrespublika yayımçıları olan telekanalların rəhbərləri ilə görüşüb.

Xeberler.az bildirir ki, bu barədə APA-ya MTRŞ sədri məlumat verib. O bildirib ki, telekanal rəhbərləri ilə televiziya verişlərinin və proqramlarının keyfiyyətinin artırılması məsələsi müzakirə olunub: “Onlara müəyyən tövsiyələr verilib. Verilişlərdə bayağılıq, şitlik, sünilik aradan qalxmalıdır. Verilişlərə çağırılan adamlar diqqətlə seçilməlidir. Hər bir insan efirə çıxarılmamalıdır. Efirdə yalnız örnək ola biləcək insanlara yer verilməlidir. Telekanallar normal azərbaycanlı imici yaratmaq üçün öz üzərinə düşən işi görməlidirlər”.

N. Məhərrəmli bildirib ki, son zamanlar televiziya və radiolarda aparılan monitorinqlər milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müsbət dinamikanın olduğunu göstərsə də, problemlər hələ də qalmaqdadır: “Bizim gözlədiyimiz səviyyəyə çatmaq üçün telekanallar çox çalışmalıdır. Telekanallar müəyyən dərəcədə verilişlərinə əl gəzdirib, amma yüksək səviyyədə dəyişikliyi hələ görmürük”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə