Previous Next
Bağla

Milli Məclisdə süni intellekt və digər sahələrlə bağlı qanun layihələri müzakirə olunub

06-04-2026 21:06
Milli Məclisdə süni intellekt və digər sahələrlə bağlı qanun layihələri müzakirə olunub

Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.

Xeberler.az bildirir ki, iclası açan komitə sədri Əli Hüseynli gündəliyə 6 məsələnin daxil edildiyini bildirib. O qeyd edib ki, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda birgə müzakirə olunur. Bildirilib ki, dəyişikliklər süni intellekt texnologiyalarından sui-istifadənin qarşısının alınmasına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Komitə üzvü Kamal Cəfərov layihə barədə məlumat verərək bildirib ki, sənəd süni intellekt vasitəsilə hazırlanmış saxta foto, video və audio materialların yayılmasına qarşı hüquqi çərçivənin formalaşdırılmasını nəzərdə tutur. Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə edilərək saxta məzmun hazırlanması və yayılması, o cümlədən pornoqrafik materialların hazırlanması cinayət məsuliyyəti yaradır.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında süni intellekt əsaslı hücumların milli təhlükəsizlik üçün yaratdığı risklərdən danışıb və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

İclasda iştirak edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə qeyd edib ki, süni intellektlə yaradılan saxta məzmunlar həm fərdlərin nüfuzuna, həm də ictimai sabitliyə ciddi təhdid yaradır.

Müzakirələrdə bir sıra deputatlar, o cümlədən Qüdrət Həsənquliyev, Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli və digərləri çıxış edərək qanun layihəsinin əhəmiyyətini qeyd edib, təkliflərini səsləndiriblər.

İclasda həmçinin Cinayət Məcəlləsində dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan dəyişikliklər, İnzibati Xətalar Məcəlləsinə əlavələr, eləcə də terrorçuluğa qarşı mübarizə və “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər müzakirə olunub.

Bundan əlavə, Azərbaycan və Belarus hökumətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair sazişin təsdiqi məsələsinə baxılıb. Qeyd olunub ki, bu sənəd iki ölkə arasında yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xidmət edəcək.

Sonda gündəlikdə olan bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026
Silahlı Qüvvələrlə bağlı məlumatların mediada yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir

Silahlı Qüvvələrlə bağlı məlumatların mediada yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir

19-12-2023
Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026
İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

16-02-2017
Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır

Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır

10-04-2026
Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi qəbul edilib

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi qəbul edilib

10-02-2026
İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

İnternetlə bağlı qanunlara dəyişikliklər 1-ci oxunuşda qəbul edilib

10-03-2017
Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

30-06-2026
Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

12-06-2024
Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə olunması qəbul edilib

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə olunması qəbul edilib

03-03-2026
Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026
Yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq

Yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq

23-01-2025
Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir

29-01-2026
Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013
Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025
Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

11-05-2023
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib

30-12-2021
Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

03-11-2025
 Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016
Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016
İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə