AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında təlimlər layihəsinə davam edir.
İlk təlim Bloq yazmaq istəyən, Bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün nəzərdə tutulmuşdur.
Üç günlük təlim ərzində öyrənəcəksiniz:
* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)
Təlimə nəzəri məlumatla yanaşı praktik məşğələlər də daxildir. İştirakçılar komputer və internetlə təmin olunacaqlar.
Təlimdə iştirakın şərtləri:
1.18-27 yaş arası gənclər iştirak edə bilərlər
2.Təlimin hər üç günündə iştirak etmək vacibdir
3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər
4. Bu təlimdə əvvəlkilərdə iştirak edənlər qoşula bilməzlər
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı online ərizə formasını doldurub göndərməlidirlər:
http://spreadsheets.google.com/viewform?formkey=dGFQMXZWYU9JcFJ2aUN1RFRCOUVlLUE6MA -Müraciət üçün son tarix: 10 fevral, saat 23.59
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri