Podkast təlimlərində iştirak üçün online müraciətə start verildi
"NETIZEN" Yeni Media təşkilatı Azərbaycanda ilk dəfə keçirilən “PodBloq” podkastinq layihəsi çərçivəsində, 18-19-20 fevral tarixlərində 3 günlük podkast təlimi keçirməyi planlaşdırır.
Bu haqda xeberler.az-a məlumat verən layihənin kordinatoru Jalə Nəcəfovanın sözlərinə görə, təlimdə jurnalistika fakültəsinin tələbələri, jurnalistlər, bloqçular və audio bloqçuluqla məşğul olmaq istəyən gənclər iştirak edə bilərlər.
Təlimin məqsədi Azərbaycanda Yeni Medianı inkişaf etdirmək,Yeni Medianın cari inkişaf sürətini yerli və xarici mütəxəssislərin köməyilə artırmaq, bu sahədə beynəlxalq yenilikləri izləyərək onların yerli tətbiqinə kömək etməkdən ibarətdir.Təlim iştirakçılarına nəzəri məlumatlarla yanaşı praktik məşğələlər də keçiriləcək.
İştirakçılar aşağıdakı mövzularda təlim keçəcəklər:
-Podkast nədir?
-Podkastın hazırlanma texnikası (səsin yazılması, montajı və s.)
-Audio faylın hazırlanması zamanı düzgün tələffüz qaydaları
-Audio bloqçuluq üçün gərəkli biliklər
Təlimdə iştirak etmək istəyənlər online ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər: http://bit.ly/h
Tarix: 18-19-20 fevral (18 fevral 14:00-18:00, 19-20 fevral 11:00-17:00)
Ünvan: Bakı Jurnalistika Məktəbi (Lider TV-nin yaxınlığında)
Əlavə məlumat üçün [email protected] e-mail ünvanına müraciət edə bilərsiz.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri