KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

15-02-2024 / 16:28
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində "Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulu elan edilir. 
 
Təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər. 
 
Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunacaq. Oflayn mərhələdə isə onlayn təlimlərə qatılmış gənclər üçün nəzəri biliklərin real mühitdə tətbiqinə dair dərslər keçiriləcək. 
 
Ümumilikdə 3 həftə davam edəcək təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcək. 
 
Təlimlərdə iştirak etmək istəyən gənclər 23 fevral 2024-cü il saat 18.00-dək https://bit.ly/3wiuVjU linkində qeydiyyatdan keçməklə müraciət edə bilərlər. 
 
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək. 
 
Əlavə məlumat üçün: [email protected]
 
Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə