Bakcell abonentlərindən uşaqlara 35 min manat yardım

05-05-2010 / 07:28

Bakcell öz “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət”  proqramının çərçivəsində abonentlərin SMS kampaniyasına başlayıb. Abonentlər 1155 nömrəsinə cavab yazmaqla uşaqlara yardım fonduna 1 manat (450 kontur) köçürüblər. 

 

Keçirilən televiziya kampaniyasından sonra Bakcell abonentləri 35min manat yardım ediblər. Bu pullar 2005-ci ildən Azərbaycanda Save the Children və Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən “Uşaqların Tolerant Təhsili Proqramı” (UTTP)   layihəsinə xərclənəcəkdir. Bu proqram tolerantlıq, əməkdaşlıq və sağlam həyat tərzi kimi dəyərlərin inkişafına yönəlmişdir.

 

Bakcell şirkəti bir ilə yaxın idi ki, Save the Children layihəsinin təhsilin səviyyəsinin yüksəldilməsinə yönəlmiş beş məktəbdə keçirdiyi layihəyə maliyyə yardımı göstərirdi. Layihənin reallaşdırılmasına dramatik və interaktiv təhsil metodlar vasitəsilə dərs keçən professional aktyorlar, müəllimlər cəlb olunmuşdu.

 

Nəticədə 150 şagird keçən həftə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Quşun hekayələri” adlı kukla teatrında iştirak etdilər.

 

Bakcell Stars Save the Children layihəsinə maliyyə yardımı göstərməyə davam edəcəyini və bütün abonentlərinə təşəkkürünü bildirib.

 

Bakcellin televiziya və SMS kampaniyaları gələn həftə sonu davam edəcəkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə