"Google"dan "Microsoft"a qadağa

02-06-2010 / 11:36

Google əməkdaşlarına Microsoft şirkətinin Windows əməliyyat sistemindən istifadə etməyi qadağan edib. Şirkət bunu öz resurslarının təhlükəsizliyini təmin etməsi ilə izah edir.

 

Xatırladaq ki, Google bu ilin yanvar ayında çinli hakerlər tərəfindən şirkətin kompüter sistemi sındırılmışdı. Bundan sonra Google rəhbərliyi belə bir qərar vermişdi.

Belə ki, hakerlər Internet Explorer brauzerinin boşluqlarından istifadə edərək, hücumlarını reallaşdıra bilmişdilər.

 

Qeyd edək ki, ekspertlərin fikrincə Windows əməliyyat sistemi və Internet Explorer brauzeri istifadəçilər tərəfindən daha çox istifadə edildiyindən hakerlərin diqqət mərkəzindədirlər. Və məhz buna görə də Googıe əməkdaşları bundan sonra Windows əməliyyat sistemindən istifadə edə bilməyəcəklər 

 

   Əli, Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə