Azərbaycanın ilk mobil operatoru “Bakcell” bu yaxınlarda 56 mobil operatorla GPRS rouming müqaviləsi imzalayaraq GPRS rouminq əhatə dairəsini genişləndirib.
Şirkətin baş ofisindən verilən məlumata görə, bu il ərzində “Bakcell” GPRS rouminq üzrə partnyorlarının sayını 2,5 dəfə artırıb. İndi “Klass” və “Gold” abunəçiləri və “Bakcell”in korporativ müştəriləri dünyanın 43 ölkəsində 56 tərəfdaş mobil şəbəkə vasitəsilə mobil İnternetdən istifadə edə bilərlər.
GPRS rouminqi Azərbaycanda aktivasiya etmək üçün ölkəni tərk etməzdən əvvəl telefonda İnterneti və rouminqi aktivləşdirmək tələb olunur. Siz öz GPRS rouminqinizi ölkədən kənarda da aktivasiya edə bilərsiniz, bu halda gərək zənglər və SMS üçün rouminq xidmətini səfərdən əvvəl aktivləşdirəsiniz.
Bu il “Bakcell” həmçinin GSM voice (telefon danışıqları və SMS) rouminq tərəfdaşlarının da sayını artırıb. Hazırda şirkətin dünyanın 150-dən çox ölkəsində 280-ə yaxın tərəfdaşı var.
Xatırladaq ki, “Bakcell” şirkəti Azərbaycan mobil rabitə bazarında 1994-cü ildən etibarən fəaliyyət göstərir və hazırda 2 mln. aktiv abunəçiyə xidmət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri